“Lego” şirkəti uşaqlar üçün sosial şəbəkə hazırlayıb.
“Lego Life” adlanan sosial şəbəkədə uşaqlar Lego konstruktorundan hazırladıqları fiqurların fotoşəkillərini bir-biriləri ilə paylaşa bilərlər.
Şəkillərə yalnız emosiyalar və xüsusi hazırlanmış cavablarla şərh yazmaq olar.
Sosial şəbəkə Lego stilində Instagram-ı xatırladır. Müəliflərin sözlərincə desək, bu sosial şəbəkə uşaqların yaradıcılıqlarını üzə çıxarmalarına imkan verəcək.
Lego Life 13 yaşa qədər uşaqlar üçün nəzərdə tutulub.
Balacalar burada məşhur Lego qəhrəmanlara öz suallarını, ürək sözlərini də yaza bilərlər.
Profildə real fotoları paylaşmaq olmaz. Yalnız mini fiqurların şəkillərini paylaşmaq olar.
Sosial şəbəkədə uşaqlar maraqlı Lego videoları, yenilikləri və digər aktivlikləri də izləyə bilərlər.
Hazırda Lego Life ABŞ, Böyük Britaniya, Kanada, Fransa, Almaniya, Avstirya, Hollandiya və İsveçdə Android və iOS platformalı cihazlar üçün əlçatandır.