Keçid linkləri

Təcili xəbərlər

LG-dən qatlanan çoxtərəfli ekran


2013-cü ildən bəri qatlanabilən telefon fikir və konsepsiyaları texnologiya gündəmində yer almağa başlayıb. LG şirkətinin bu sahədə yeni addımı isə qeyri-adiliyi ilə seçilir.

LG-nin patent aldığı şəffaf ekran içəri qatlanır və smartfonun həm önünü və arxasını, həm də üstünü əhatə edir.

Bəs, belə bir ekrana kim ehtiyac duyar? Texnologiya ekspertləri bu məsələyə birmənalı yanaşmır.

Smartfonun arxasını adətən onu tutmaq üçün işlədirik. Buna görə də arxa tərəfi ekran kimi işlətmək o qədər də lazımlı bir şey kimi görünmür. Cihazın üst qismində ekranın olmağı isə onu əlinizdən ilk saldığınızda ekranın çatlamasına səbəb ola bilər.

Hələki bu, sadəcə bir patentdir. Ola bilər ki, bu ekran gələcəkdə smartfon yox, nəsə başqa, yeni bir cihazda fərqli şəkildə istifadə olunsun.

LG uzun müddətdir ki, qatlanan ekranların hazırlanmasını planlaşdırır. Yeni patent göstərir ki, şirkət növbəti, qeyri-adi, qatlanan smartfonuyla bu sahədə önəmli bir gücə çevrilmək istəyir.

Ən son yazılan

XS
SM
MD
LG