Keçid linkləri

Təcili xəbərlər

13,5 milyard insan üçün şəbəkə


optic cable
optic cable

Sistem məlumatı saniyədə 560 terabayt sürəti ilə ötürür

Çin ilk dəfə ən yeni lifli optik rabitə sistemini sınaqdan keçirib. Bu sistemdən eyni zamanda 13,5 milyard insan yararlana biləcək.

«Bu, o deməkdir ki, Çin optik rabitə texnologiyaları yeni inkişaf mərhələsinə qədəm qoyub. İndi böyük məsafələrə son dərəcə böyük sürətlə çox böyük həcmdə məlumat ötürmək mümkün olacaq», — deyə Uxan elmi-tədqiqat institutunun əməkdaşları bildiriblər. İnformasiyanın ötürülmə sürəti saniyədə 560 terabaytdır.

Rabitə vasitəsi kimi mərkəzdə yeddi optik lifi olan birmodlu kabeldən istifadə olunub. Çin alimlərini məlumatların ötürülmə axınını obrazlı təsvir etmək üçün, müasir optik texnologiyaları adi, birzolaqlı yol, yeni sınaqdan çıxarılmış variantı isə - yeddizolaqlı sürətli magistral ilə müqayisə ediblər. Mütəxəssislər deyirlər ki, onlar bu sahədə ən qabaqcıl səviyyəyə nail ola biliblər.

Son zamanlar qlobal şəbəkə kommunikkasiyaları sistemi ötürülən informasiyanın həcminin daim artması nəticəsində get-gedə daha çox yüklənir. Ona görə dünyanın bir çox ölkələrində, o cümlədən Çində, təkmilləşdirilmiş optik-lif texnologiyalarının yaradılması zərurəti ortaya çıxıb.

2014-cü ildə Çin mütəxəssisləri təcrübə apararaq ötürmə sürəti saniyədə 100 terabaytı keçən optik rabitə sistemini sınaqdan keçirmişdilər. Ancaq artıq bir ildən sonra onlar bu göstəricini iki dəfə, bir müddətdən sonra isə üç dəfə artırmağa nail olmuşdular.

Ən son yazılan

XS
SM
MD
LG