Keçid linkləri

MUSADAN KAMYUYA QƏDƏR

İnkişaf etmiş, azərbaycanlılar demişkən, “dərdsiz-sərsiz” ölkələrdə də intihar hallarına geniş təsadüf edilməsəydi bu fenomeni bütünlüklə sosial problemlərin ayağına yazmaq olardı. Amma belə deyil, intihar və özünəqəsd halları, prinsipcə, hər yerdə var...

...hansı səbəblərdən başlanğıc götürməsindən asılı olmayaraq proses ərəfəsində insanlara bir hiss hakim kəsilir – total ümidsizlik...

Üstəlik, o indinin və dünənin problemi də deyil. Təsadüfi deyil ki, bu problemə münasibət nəinki elmlərdə, hətta əsas dinlərdə özünün əksini tapıb.

Ümumilikdə götürəndə intihar fenomeninə iki əsas yanaşma var. Kimi ona sosioloji (M.Veber), kimi də fəlsəfi (A.Kamyu) aspektdən yanaşıb.

Bəlkə də bu iki yanaşma əslində biri-birini tamamlayır. Fəqət, bizim burada belə dərin qatlara varmaq fikrimiz yoxdur. Əsas odur ki, hansı səbəblərdən başlanğıc götürməsindən asılı olmayaraq proses ərəfəsində insanlara bir hiss hakim kəsilir – total ümidsizlik...

Bəli, insan elə bir vəziyyətə düşür ki, onu yalnız bircə üsulla – özünə qəsd etməklə çözməyin mümkün olduğunu düşünür. Həm də bu yolla öz cəmiyyətinə və dövlətinə etirazını ifadə edəcəyini zənn edir...

İNSAN ACİZ QALANDA...

Bunları niyə dilə gətirdim? Məsələ bundadır ki, son vaxtlarda Azərbaycanda intihar halları hiss olunacaq dərəcədə artıb. Bunu isə artıq bir neçə ildir ki, ölkədə cərəyan edən böhranla bağlamamaq qeyri-mümkündür, çünki əlavə reallıqlar yoxdur. Hər şey əvvəlki, son beş, on ildə oluğu kimidir – əvvəlki avtoritar idarəçilik davam edir, onun cəmiyyətə, onun ictimai və mədəni institutlarına yanaşmasında yeni bir çalar meydana çıxmayıb, necə deyərlər, köhnə hamam, köhnə tasdır...

Bu fikri elə yerli ekspertlər də bölüşürlər. Onlar da düşünürlər ki, getdikcə daha çox insanda belə bir hiss yaranır ki, ölkədəki sosial-siyasi gerçəklikləri dəyişmək heç cür mümkün deyildir.

Əvəzində sosial-iqtisadi sferada xeyli problemlər yaranıb – milli valyuta qiymətdən düşməkdə davam edir, bahalıq, işsizlik gündən-günə artır...

Bu fikri elə yerli ekspertlər də bölüşürlər. Onlar da düşünürlər ki, getdikcə daha çox insanda belə bir hiss yaranır ki, ölkədəki sosial-siyasi gerçəklikləri dəyişmək heç cür mümkün deyildir.

İnsanların bir qismi bu problemi çözməyin yolunu bəxtlərini başqa yerlərdə sınamaqda və mühacitərə yollanmaqda görürlər. Digərləri isə hətta bunun da yolunu tapa bilmədiklərindən intihara əl atırlar...

ÇOX KİÇİK VƏ AVTORİTAR ÖLKƏNİN “UĞUR”LARI

İqtisadi böhran haqqında çox yazmışam. Bunun obyektiv və subyektiv səbəblərini ağlım kəsən qədər çözməyə çalışmışam. Amma əvvəldə bir söz işlətdim – ümidsizlik... Təəssüf, bu ümidsizlik yalnız ölkədəki iqtisadi və sosial fonla bağlı deyil.

Cəmiyyətə sırımaq istədikləri “ideologiya” da bayağılığı ilə adamı lap əməlli-başlı üzür. Çox kiçik bir ölkədə hər şey saxtalaşdırılır, yalan norma halını alır və insanlara bayağı nikbinlik aşılamağa çalışırlar.

Əslində ölkədə normal siyasi mühit olsaydı bunların hamısını bircə-bircə həll etmək olardı. Məsələ də bundadır ki, normal siyasi institutlar və normal siyasət yoxdur – nə azad və demokratik seçkilər var, nə cəmiyyət qarşısında hesabat verən hökumət, nə müstəqil məhkəmə, nə həqiqi çoxpartiyalı parlament, nə də başqa bir şey...

Əvəzində isə ölkədəki siyasi quruluş o qədər avtoritardır ki, hətta mövcud siyasi sistemi öz adı ilə - avtoritar sitsem adı ilə adlandırmağa da imkan vermirlər. Demək olar ki, hamı susdurulub, hakimiyyət yalnız yeni – yeni qadağalar haqqında və öz mövqelərini gücləndirmək haqda düşünür...

Cəmiyyətə sırımaq istədikləri “ideologiya” da bayağılığı ilə adamı lap əməlli-başlı üzür. Çox kiçik bir ölkədə hər şey saxtalaşdırılır, yalan norma halını alır və insanlara bayağı nikbinlik aşılamağa çalışırlar.

Guya ki, kiçik və avtoritar bir ölkə olan Azərbaycan gündən-günə inkişaf edir! Guya ki, 30 ildir öz işğal edilmiş torpaqlarını geri qaytara bilməyən kiçik ölkə dünya siyasətində lap əməlli-başlı söz sahibidir!.. Bu təbliğat nəinki bir an səngimir, hətta getdikcə dözülməz xarakter alır...

KİÇİK ÖLKƏNİN BÖYÜK YALANLARI...

Əslinə qalsa, insanların 95 faizi bütün bunlara inanmır. Amma onların etiraz etmək və ya yalanlara düzəliş etmək imkanları da yoxdur – hər şey hakimiyyətin əlində, ya da ciddi nəzarətindədir.

Azərbaycanlıların geniş auditoriyiya çıxışı yalnız bircə halda təmin edilə bilər – onlar hakimiyyətə, onun irili-xırdalı məmurlarına “atalıq qayğısı”na görə minnətdar olmalı, ölkədəki böyük “uğurları” alqışlamalı və onların dünyada analoqunun olmadığını təsdiqləməlidirlər. Belə edənlər də az deyil. Amma hətta onların da bir qismi etiraf edir ki, bunu sadəcə, “işlərinin xatirinə” edirlər...

Bütün bunlar isə neqativ psixoloji effektlər yaradır. Gücsüzlük ümidsizliyə sövq edir. Ümidsizlik də intihara... Və beləcə, sosial – siyasi gerçəkliklər qarşısında aciz qalan, onları dəyişmək iqtidarında olmayan insanın həyat trayektoriyası tamamlanır...

Bütün bunlar isə neqativ psixoloji effektlər yaradır. Gücsüzlük ümidsizliyə sövq edir. Ümidsizlik də intihara... Və beləcə, sosial – siyasi gerçəkliklər qarşısında aciz qalan, onları dəyişmək iqtidarında olmayan insanın həyat trayektoriyası tamamlanır...

Ən dəhşətlisi budur ki, hakim partiyanın ideoloqları başa düşmək istəmir ki, böyük ölkələrdə bəzən böyük yalanlar keçir, çünki miqyaslar o qədər böyük olur ki, gedib hər şeyi öz yerində yoxlamaq olmur. Amma kiçik ölkələrdə belə deyil, burada böyük yalanlar keçmir.

Azərbaycan o yan - bu yana, vur-tut, 300 kilometr deməkdir. Elə şəhərlərimiz də böyük deyil, hər addımbaşında bir tanışa rast gəlirsən. Burada məsafələr çox kiçikdir və həqiqət böyük tribunulara yol tapmasa da, hər halda insanlara çata bilir, bir həftədən sonra hamı hər şeyi bilir...

Hakimiyyət isə düşünür ki, opponentlərini radiolara, televiziyalara buraxmamaqla yalanları həqiqətə çevirə biləcək. Formal cəhətdən buna nail olurlar. Məsələn, Qarabağda bircə kəndin qaytarılmasını, daha doğrusu, kiçik bir kəndə məcburi köçkünlərin qaytarılmasına başlanılmasını hakimiyyətin böyük zəfəri, qələbəsi kimi qələmə verirlər.

Buna qarşı əks fikrin, arqumentin səslənməsinə qətiyyən imkan vermirlər və sanki bu yolla özlərini belə inandırmağa çalışırlar ki, elə həqiqətən də belədir...

Amma hamı hər şeyi bilir, özü də yerli-yataqlı. Sadəcə, bunları dilə gətirə bilmir, səhər – axşam bayağı təbliğatı və onun insanlara aşılamaq istədiyi bayağı nikbinliyi dinləmək zorunda qalırlar.

BU YAZIQ DA BELƏ...

Həm də bu səbəbdən də intiharlar da, özünəqəsd halları çoxalır. Bu iki cəhdi biri-birindən o üzdən ayırdıq ki, bəzən intihar özü də uğursuz olur və o halda ona özünəqəsd, ya da intihara cəhd deyirlər...

...bunu dilə gətirə bilsək də, bilməsək də, mahiyyət birdir - Azərbaycan kiçik və kiçik olduğu qədər də çox üzücü, siyasi ab-hava cəhətdən dözülməz ölkədir.

Amma mahiyyət birdir – hamısı intihardır... Necə ki, bunu dilə gətirə bilsək də, bilməsək də, mahiyyət birdir - Azərbaycan kiçik və kiçik olduğu qədər də çox üzücü, siyasi ab-hava cəhətdən dözülməz ölkədir.

Ona görə də təəcüblü deyildir ki, bəziləri onunla mühacir kimi deyil, intihar etməklə vidalaşmaq qərarına gəlirlər. Amma bununla nəyə nail olacağını heç kim düşünmür...

Fyodor Dostoyevskinin məşhur qəhrəmanlarından biri yalnız ona görə intihar etmişdi ki, Allahın yoxluğunu sübut etmək istəyirdi. Fəqət, intihar edən azərbaycanlılar nəyi sübut etmək istəyirlər?

Demək olar ki, heç nəyi – nə yaxınlarına, nə cəmiyyəyə, xüsusən də öz dövlətlərinə heç nəyi sübut edə bilmirlər və arxalarınca da ən yaxşı bir halda “ Bu yazıq da belə getdi!..” – deyirlər...

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

Sənin fikrin

Şərhləri göstər

XS
SM
MD
LG