Keçid linkləri

Təcili xəbərlər

Fast-food nəsli


Heç olubmu ki, 3, 5, 10, 13, 15 yaşlı uşaqlarınızın ev yemıklərinə meyli azalsın, ancaq dadlı qoxular gələn qamburgerlərə, kartof qızartmalarına, hot-doqlara, naggetslərə dadansın? Yəqin ki, uşağı, heç olmazsa, məktəbə gedən hər bir vaideynin belə bir problemi var. Az və ya çox. Amma var. Uşağınız yemək əvəzinə kolbasa, sosiska, kompot və çay əvəzinə qazlı şirələr istəyir, vəziyyət isterik hala gəlir, o yeməkdən tam imtina edir, sizi ağlamaqla, aclıqla şantaj edir, və, nəhayətdə, siz o, heç olmazasa, nəsə yesin deyə güzəştə gedirsiniz.

Qaranlıqda rəqs edən” adli filmi gözləri tutulmuş qadının həyatından bəhs edir. Bu göz xəstəliyi irsi olduğu üçün onun balaca oğlunun da gözləri artıq korlaşmaqdadır. Qadın ağır işdə işləyərək, oğlunun əməliyyatı üçün pul yığır...

Bu günlərdə nə axtardığımı bilmədən, Youtube-da dolaşırdım. Nələrəsə baxmaq istəyirdim. Əvvəllər daha çox kitab oxuyurdum. Amma indi daha çox videolara, müxtəlif verilişlərə, seriallara baxıram. Las fon Trierin “Qaranlıqda rəqs edən” adli filmi gözləri tutulmuş qadının həyatından bəhs edir. Bu göz xəstəliyi irsi olduğu üçün onun balaca oğlunun da gözləri artıq korlaşmaqdadır. Qadın ağır işdə işləyərək, oğlunun əməliyyatı üçün pul yığır. Öz gözlərinin dərdi, oğlunun gözlərinin tutulma ehtimalı, ağır zəhmət, əməliyyat üçün heç cür toplaya bilmədiyi məbləğ – bütün dərdlərdən çıxış yolunu o xəyali müzikllarda axtarır. Xəyalən bu müzikllarda rəqs edərək, gözlərinin və agır taleyinin onu qərq etdiyi qaranlıqdan xilas olmağa çalışır.

Mənim son zamanlar baxdıqlarım da, Trierin qəhrəmanını problemlərdən xilas edən müzikllar kimidir. Onlar mənə indi ortasında olduğum gerçəyi unudub, xəyalən istədiyim yerdə olmaq imkanı verir. “Fast-food nəsli” sənədli filmi də, bu imkan axtarışları zamanı təsadüfən qarşıma çıxdı.

Film Amerikada ailəlikcə fast-food bəlasına tutulmuş ailələrdən bəhs edir. Dəhşətli olan budur ki, bütün ailələrdə 2, 3, 4 yaşlı körpələr var. Bu körpələr ay ərzində kilolarla naggitslər, hamburgerlər, pizza yeyir, on litrlərlə kola içirlər. Bütün uşaqların səhhətində ciddi problemlər var. Heç ata-analar, böyük uşaqlar da sağlam görünmürlər. Hamısında piylənmə, anemiya, mədə ağrıları kimi problemlər var.

Şəraitlər müxtəlifdir. Bəzi ailələrdə ana ifrat təmizkardır və evdə yemək bişməsini istəmir. Buna görə yeməyi fast-food sifariş edirlər. Bəzi ailələrdə ümumiyyətlə nə ana, nə ata ömürlərində bir dəfə də olsun ev yeməyi hazırlamayıblar.

Şəraitlər müxtəlifdir. Bəzi ailələrdə ana ifrat təmizkardır və evdə yemək bişməsini istəmir. Buna görə yeməyi fast-food sifariş edirlər. Bəzi ailələrdə ümumiyyətlə nə ana, nə ata ömürlərində bir dəfə də olsun ev yeməyi hazırlamayıblar. Uşaq ana südündən kəsilən kimi, fast-food yeməyə başlayıb. Uşağın su qabına qazlı şirə töküb verirlər. Bəzi ailələrdə ev yeməyi hazırlanır, amma uşağa bir neçə dəfə fast-food daddırandan sonra uşaq ancaq və ancaq bu yeməkləri tələb edir və başqa heç nə yemir. Bütün valideynlər ancaq vəziyyət ən dözülməz hala çatanda həkimlərə, qidalanma mütəxəssislərinə müraciyət ediblər.

Amma problem təkcə ailələrdə deyil. Məktəblərdə, uşaq bağçalarında məktəb bufetində uşaqlara naggitslər, pizza, hamburgerlər, qazlı şirələr verilir. Uşağını evdə qoruyan valideyn, məktəbdəki fast-fooddan qoruna bilmir. Fast-food hər yerdədir. Küçədə hər addımda, uşağın qonaq getdiyi məktəb yoldaşının ailəsində, məktəbdə...Nəticədə proses faciəvi hal alır, ölkədə ev yeməyini yadırğayan, yemək hazırlamağı təsəvvür belə etməyən, piylənmədən, ürək çatışmazlığından, qan təzyiqindən və daha nə qədər xəstəliklərdən əziyyət çəkən nəsil yetişir.

Bizimki kimi üçüncü dərəcəli ölkələrdə fast-food daha çox şıqlıq əlaməti sayıldığından, ev yeməyindən qat-qat baha başa gəldiyindən, biz daha şanslıyıq. Bir çox valideynlərin övladlarına tez-tez fast-food yedirmək imkanı yoxdur. Nə qədər kədərli fakt olsa da, əslində, böyük xoşbəxtlikdir. Sağlam qidalanmanın vacibliyini dərk etdiyimiz üçün deyil, imkansızlıqdan fast-fooddan yan keçsək də, hər halda, nəticədə, balalarımızın orqanizmi bu zəhərdən xilas olur. Müvəqqəti də olsa...

Tez ya gec, vaxt gələcək, bizim də övladlarımızın kütləvi şəkildə fast-food nəsli dövrü başlayacaq. Buna görə də, əslində indidən tədbir almaq, bizə doğru gələn bu zəhərin qarşısına hazırlıqlı çıxmaq lazımdır.

Təbii ki, qloballaşma dünyasında bu fast-foodun bizimki kimi ölkələrə də geniş yayılmasının, insanlara ucuz təqdim edilməsinin qarşısını almaq mümkün deyil. Tez ya gec, vaxt gələcək, bizim də övladlarımızın kütləvi şəkildə fast-food nəsli dövrü başlayacaq. Buna görə də, əslində indidən tədbir almaq, bizə doğru gələn bu zəhərin qarşısına hazırlıqlı çıxmaq lazımdır. Düzdür, mənşəyi bilinməyən dönərlərdən xilas olmaq mümkün olmadı, amma yenə də bu dönərləri körplərimizə yedirmirdik, dönər daha çox tələbə təbəqəsinin mədəsini yara eləmiş oldu.

Bəzi ölkələr fast-food və ziyanlı qidalar körpələrə, azyaşlılara maksimum az zərər vursun deyə, xüsusi programlar hazırlayır. Bağça və məktəblər, sosial qoruma ofisləri bu məsələni ciddi nəzarətdə saxlayır. Uşaqlara bayram günləri, əlamətdar günlər xaricində fast-food, qazlı şirələr, şirniyyat, kolbasa-sosiska vermək qadağan edilir, valideynlərlə söhbətlər aparılır, ev yeməyinin xeyirlərindən danışılır, ata-analar hər cür təlimatlanır.

Amma dövlət nə qədər nəzarət edir-etsin, uşaq qidalanması sırf ailədən asılı bir şeydir. Uşaq, nə qədər ki, özü dükandan, kafedən yemək almaq iqtidarında deyil, evdə nə varsa onu yeyəcək. Evdə bişən dadlıdırsa, uşaq həvəslə yeyəcək. Evdə bişən dadsızdırsa, uşaq həvəssiz yeyəcək. Evdə valideyn fast-food yeyirsə, uşaq heç bir halda ev yeməyi yeməyəcək. Bəlkə də ilk baxışdan o qədər də ciddi problem kimi görünmür. Amma uşağın fast-fooda vərdiş edəcəyini, sonra ömür boyu qeyri-sağlam qidalanacağını düşünəndə, mənzərə dəhşətlidir.

Bəzi valideynlər öz əlləri ilə uşaqlarının orqanizmini məhv edirlər. Öz əlləri ilə balalarının ömürlərini qısaldırlar. Öz əlləri ilə onlara pislik edirlər.

Bəzi valideynlər öz əlləri ilə uşaqlarının orqanizmini məhv edirlər. Öz əlləri ilə balalarının ömürlərini qısaldırlar. Öz əlləri ilə onlara pislik edirlər. Sadəcə dəhşətlidir. Piylənmədən yeriyə bilməyən, ayaqları, qolları şişib, dama dönmüş, bütün günü şokolad, hamburger, pizza yeyən yeniyetmələr bu mənzərənin bir parçası, balalarına pislik edən valideynlərə bir misaldır.

Uşaqlarınızdan ehtiyyatlı olun. Hər gün təzə yemək hazırlayın. Yeməkləri az yağda, bol tərəvəzli edin. Uşaqlarınıza bol-bol çiy tərəvəz, təzə meyvə, süd, qatıq, yumurta yedizdirin. İştahlı olsunlar deyə açıq havada gəzdirin, bol hərəkət etməsinə zəmin yaradın, tez-tez çimizdirin, yemək saatlarını əyəncəli edin. Evinizə fast-food, qazlı şirələr buraxmayın, az şəkərli kompotları, az şəkərli şirniyyatları özünüz hazırlayın. Şokoladdan, şəkərlərdən, çipslərdən, süni boya, süni qoxusu olan atışdırmalıqlardan, fast-fooddan özünüz imtina edin ki, uşaqlarınız da sizdən örnək götürsün. Kolbasa və sosisləri az miqdarda, ancaq ən keyfiyyətliləri alıb, ara-bir yedizdirin. Ət, toyuq bulyonlarında şorbalar hazırlayın, çalışın ki, bir neçə qaşıq da olsa duru yemək yesin övladınız. Qida rasionuna diqqət edin. Nədə etsəniz də, uşağınızın yeməyi məsələsində qənaət etməyin. Uşaq qıdası və təhsili israfçılığa bəraət qazandıran nadir vəziyyətlərdi.

Uşaqlarınızın səhhətini qoruyun. Dünyaya gətirdiyiniz insanın səhhətinə, sağlamlığına məsuliyyətli yanaşın. Övladlarınızın onsuz da bərbad gündə olan, sağaltmaq əvəzinə xəstələndirən, öldürən həkimlərimizin əlinə düşməyinin qarşısını mümkün qədər alın. Öz uşaqlarınızın həkimi olun.

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

Ən son yazılan

XS
SM
MD
LG