Keçid linkləri

NASA apardığı yeni tədqiqatlar çərçivəsində müəyyən edib ki, təyyarələrin uçuşu zamanı “radioaktiv bulud” adlanan radiasiya fonu normadan artıq olan hava sahələrinə rast gəlinir. Kosmik agentliyinin radiasiyanı ölçən cihazlarla təchiz edilmiş təyyarələri 2013-2016-cı illər arasında 213 uçuş həyata keçirib.

Uçuşların bir çoxunda müşahidə edilib ki, təyyarə yüksəkliyə qalxdıqca radiasiya səviyyəsi normanı keçməyib. Eskpertlərə görə, bir sərnişinin 11 000 m hündürlükdə olan 12 saatlıq uşuşda aldığı radiasiyanın həcmi, insanın döş qəfəsinin rentgendə çəkildiyi zaman aldığı radiasia ilə eynidir.

Yüksəklikdə olan radiasiya dalğaları geomaqnit fırtınası ilə üst-üstə düşərkən Yerin radiasiya kəmərindən elektronlar azad olur, nəticədə isə onlar azot və oksigen atomları ilə toqquşurlar. Beləliklə, bu proses ikinci və üçüncü dərəcəli qamma radiasiyanın formalaşmasına səbəb olur.

Yüksəkliyə qalxdıqca çoxalan radiasiyanın həcmi bərasində mütəxəssislər daha öncə də məlumatlı idilər, lakin indiyədək bu mövzuya bu qədər diqqət ayırmırdılar. Hazırda müasir sərnişin təyyarələri radioaktiv fonu müəyyən edən cihazlarla təchiz olunurlar. Hər bir uçuşdan sonra isə onun analizi aparılır. Araşdırmalara görə, əsasən eyni hündürlükdə olarkən radiasiya qütblərdə artır, ekvatorda isə aşağı düşür.

Sənin fikrin

Şərhləri göstər

Ən son yazılan

XS
SM
MD
LG