Keçid linkləri

Təcili xəbərlər

“Space X” uçuşları artırır


SpaceX Falcon 9
SpaceX Falcon 9

“Space X” şirkəti özünün “Falcon 9” raketlərini hər iki-üç həftədən bir uçurmağı planlaşdırır.

Şirkətin prezidenti “Reuters”ə açıqlamasında bunu deyib.

Raketin növbəti uçuşu gələn həftə Floridadan gerçəkləşdiriləcək.

Bu iddialı plan son “Falkon 9”un partlamasından beş ay sonra irəli sürülür. Ötən il Sentyabrın 1-də sınaq uçuşu qəzayla nəticələnib. Partlayış 200 milyon dollarlıq İsrail peykini dağıdıb və uçuş sahəsi də ciddi zərər görüb.

Milyoner İlon Maskın (Elon Musk) idarə etdiyi şirkət bu uğursuz uçuşdan sonra Yanvar ayının ortalarında sadəcə bir uçuş reallaşdırıb.

Yeni uçuş sahəsi isə NASA-nın Kennedy Kosmik Mərkəzidir.

Şirkət təhlükəsizlik şübhələrini aradan qaldırmaq və keyfiyyəti artırmaq üçün raketin motorlarını da dəyişir.

“Space X” 2010-cu ildən bəri “Falcon 9” raketinin 29 uçuşunu gerçəkləşdirib ki, bunlardan da 27-si uğurla baş tutub.

Yanvar ayında raketin uçuşu yalnızca bəzi peyklər üçün istifadə olunan Kaliforniyadakı uçuş sahəsindən gerçəkləşdirilib.

Texasdakı dördüncü uçuş sahəsi isə hələki tikilir.

Ən son yazılan

XS
SM
MD
LG