Keçid linkləri

Təcili xəbərlər

Uber uçan maşınların istehsalına hazırlaşır


Uber eyniadlı mobil proqram yaratmış və taksi xidmətlərini təklif edən şirkətdir. Hazırda Uber uçan maşınların istehsalı üçün NASA araşdırmalar mərkəzinin mühəndisi Mark Muru (Mark Moore) işə götürüb.

Uber-in pilotsuz hava taksilərini buraxması haqqında şaiyələr ötən ilin Sentyabr aylarından, şirkətin yerüstü sürücüsüz taksiləri sınaqdan keçirməsindən sonra yayılıb.

Məlumdur ki, NASA kosmik agentliyində 30 ildən çox işləyən Mur hələ 2010-cu ildə elektrik təyyarələri məqsədəuyğun hesab etdiyi bir sənədi ictimailəşdirmişdi. Onun iddiasına görə, bu növ təyyarələr helikopterlər kimi şaquli vəziyyətdə uçuş və eniş edə bilərlər, lakin daha yığcam və daha səssiz.

Bloomberg-in verdiyi məlumata görə, bu hesabatla Google-in təsisçisi Larri Peyc (Larry Paige) daha yaxından tanış olduqdan sonra bu növ uçan aparatların startaplarına gizli şəkildə maliyyə yatırımı da edib.

İndi isə Mur pilotsuz Uber şirkətinə keçərək orada aviasiya mühəndisliyi şöbəsinin rəhbəri vəzifəsində çalışır: “Düşünmürəm ki, hazırda şəhər elektrik VTOL-u (Vertical Take-Off and Landing – şaquli uçuş və eniş edən təyyarə) bazara çıxara biləcək digər bir şirkət olsun”.

NASA-dan təqaüdə çıxmağına bir il qalan mühəndis onu da qeyd edib ki, gördüyü bürokratiya ucbatından bazarda, xüsusilə də aviasiya sahəsində olan yeni perspektivləri qaçıran dövlət təşkilatlarına inamını itirib.

Murun dediyinə görə, Uber-də isə hər şey tam əksinədir, bu perspektivləri görən bir şirkətdir. 2016-cı ildə şirkət Uber Elevate layihəsini təqdim edib. Layihə çərçivəsində şirkət VOLT-u istehsal etməyi düşünür. Bu təyyarənin bir şarjda 160 km məsafəni qət edəcəyi planlaşdırılır. Uber bu nəqliyyat vasitələrini artıq beş ildən sonra istifadəyə buraxacağını ehtimal edir. Buna baxmayaraq, Mur elə hesab edir ki, buna daha qısa müddətdə nail olmaq mümkün olacaq.

Ən son yazılan

XS
SM
MD
LG