Keçid linkləri

Təcili xəbərlər

Çin QİÇS-i xalq təbabətiylə sağaltmağa çalışır


Çində QİÇS-dən ənənəvi təbabətlə müalicə olunanların sayı ikiqat artacaq. Səlahiyyətlilər Çin xalq təbabətini qədim ənənələri ilə birlikdə təşviq etmək istəyirlər.

Ənənəvi Çin təbabətinin təbliği Nazirlər Kabinetinin qəbul etdiyi beşillik planın tərkib hissəsidir. Məmurlar bazar günü rəsmi saytlarında yerləşdirdikləri məlumatda bildiriblər ki, QİÇS-dən ənənəvi Çin təbabətiylə müalicə olunanların sayı ikiqat artırılmalıdır.

Planda milli səhiyyə sistemiylə xalq təbabəti sahələrinin, o cümlədən ailə planlaşdırması komissiyasının əməkdaşlığı qeyd olunub.

Minlərlə il öncəyə dayanan Çin xalq təbabəti xəstəlikləri müxtəlif bitki qarışımları, akupunktur və büzülmə kimi fiziki hərəkətlərin köməyi ilə müalicə edir.

Dövlət Şurası İnformasiya Ofisinin məlumatına görə, ölkədə ənənəvi təbabətin təxminən 450000 tətbiqçisi var.

Hökümət xalq təbabətini müasir səhiyyə xidmətlərinə qənaətli qarşılıq kimi görür.

XS
SM
MD
LG