Keçid linkləri

Təcili xəbərlər

40 ölkəyə eyni zamanda kiberhücumlar


"Kaspersky Laboratoriyası" şirkəti bildirir ki, dünyanın 40 ölkəsində banklar, telekommunikasiya şirkətləri və hökumət idarələri məqsədli kiberhücumların qurbanı olub. "Hiss edilməyən" kiberhücumların əsas məqsədi pul vəsaitlərinin oğurlanmasıdır.

Şirkət müəyyən edib ki, hakerlər öz qurbanlarının korporativ şəbələrləinə daxil olmaq üçün yalnız legitim proqram təminatından istifadə ediblər. Onlar bütün zərərli faylları yalnız sistemin yaddaşında saxlayıblar. Hard disklərdə heç bir iz buraxmayıblar. Kiberhücumlara məruz qalan qurumlar əsasən ABŞ-da (21 müəssisə və ya şirkət), Fransa (10) və Ekvadorda (9) yerləşir. Rusiyada 7 qurum belə hücumlara məruz qalıb.

Ekspertlər bildirirlər ki, haker qruplaşması hələ də aktivdir.

"Hücum edənlərin öz fəallıqlarını maksimum görünməz etməyə və aşkar olunmaqdan yayınmağa çalışması kibertəhlükələrin inkişafı sahəsində son tendensiyanın təzahürüdür. Onlar get-gedə daha çox legitim və proqram təminatının yaddaşında yerləşən texniki müdafiədən istifadə edirlər. Məhz buna görə də sistem yaddaşının öyrənilməsi son dərəcə vacibdir", - "Kaspersky Laboratoriyası"nın aparıcı antivirus eksperti Sergey Golovanob deyir.

Şirkət apardığı araşdırmanın detallarını aprel ayında açıqlayacaq. Şirkətin ekspertləri hakerlərin yeni taktikanın köməyilə hücum etdikləri qurumların pullarını necə ələ keçirməsindən və bu pulları necə bankomatlarda nəğdləşdirməyə nail olmasından danışacaqlar.

Ən son yazılan

XS
SM
MD
LG