Keçid linkləri

Təcili xəbərlər

İkiayaqlı robot bir gün poçtalyonunuz ola bilər


İkiayaqlı robotların hazırlanması mühəndislər üçün heç də asan iş deyil. Çünki belə robotlar davamlı olmalı, həm də kələ-kötür ərazilərdə də hərəkət edə bilməlidirlər. Bu işdə Oreqon Universitetinin aid “Agility Robotics” şirkəti yeni uğur qazanıb.

Şirkətin hazırladığı Cassie adlı ikiayaqlı robot uzaqdan insan bədəninin aşağı yarısına bənzəyir və ombaya bərkidilmiş bir cüt ayaq kimi görünür. Onun yerişi dəvəquşu və ya dinozavrların hərəkətini xatırladır.

Cassie hərəkət etməyəndə də ayaqüstə yıxılmadan dayana bilir. İstehsalçılar iddia edirlər ki, daşlı-qayalı sahələr, nərdivanlar da ona əngəl yaratmır.

Robot təkcə mühəndislik aspektindən diqqət çəkmir. Onu ərsəyə gətirənlərin sözlərinə görə, gələcəkdə bu robotlardan axtarış və xilasetmə əməliyyatlarında faydalanmaq olar.

Bundan əlavə, onlar protezlərin, ekzoskeletlərin təkmilləşdirilməsində rol oynaya bilər. Hazırlanması ucuz başa gələrsə, hətta bağlamaların çatdırılmasında da bu robotlardan istifadə oluna bilər.

Ən son yazılan

XS
SM
MD
LG