Keçid linkləri

Təcili xəbərlər

Meyvə-tərəvəzin əhval-ruhiyyəyə təsiri


Yeni Zelandiyada yerləşən Otaqo Universitetinin Psixologiya bölməsindən Tamlin Konerin (Tamlin Conner) rəhbərliyi altında 5 tədqiqatçı tərəvəz və meyvələrin insan psixologiyasına necə təsir etməsini müəyyən etmək üçün təcrübə keçiriblər. Bu təcrübədə 18-25 yaşarası 171 nəfər könüllü iştirak edib. İştirakçılar 3 qrupa bölünüblər. Birinci qrup həmişə olduğu kimi qidalanıb. İkinci qrupu isə mesaj xatırlamaları və pulsuz vauçerlərlə daha çox meyvə və tərəvəz yeməyə həvəsləndiriliblər. Üçüncü qrupa isə hər gün təzə tərəvəz və meyvə verilib (kök, alma, kivi və narıngi).

Təcrübə iki həftə davam edib. Alimlər müəyyən ediblər ki, təcrübədə iştirak edən üçüncü qrupun psixoloji rifahı əhəmiyyətli dərəcədə yüksəlib. Könüllülər daha enerjili olmaqları ilə yanaşı onların motivasiyası da güclənib. İkinci qrupda belə bir müsbət dəyişikliklər müşahidə edilməyib.

Bundan başqa mütəxəssislər onu da müəyyən ediblər ki, ikinci qrup iştirakçıları daha çox istixanalarda yetişən tərəvəzlərlə qidalanıblar və ya onları digər məhsullarla birgə istifadə ediblər. Üçüncü qrup könüllüləri isə əsasən meyvə və tərəvəzləri xam halda qəbul ediblər. Alimlərin fikrincə, eksperimentləri davam etdirmək çox vacibdir.

XS
SM
MD
LG