Yaşadığımız bina burdakı “Qocalar Evi”nə yaxındır. Mən qocalar üçün ev olduğunu sonradan bildim. İlk aylar restoran ya da otel olduğunu düşünürdüm. Səhərlər həmişəyaşıl kolları, dekorativ agaclar, gözəl gül kolları ilə bəzədilmiş, tavanlarından şamlar, rəngli lampalar sallanan terraslardakı masaların ətrafında oturan insalara qulluq edən, içki, yemək gətirən, ayaq üstə dayanıb, nəsə soruşan və gözləyən cavan oglanlar, qızların ofisiantlar olduğunu düşünürdüm. Fikirləşirdim ki, yəqin yaşlı və varlı insanlardır da, vaxt keçirirlər burda.
Bir müddət sonra binanın qocalar evi olduğunu öyrəndim. Qış olduğundan bir müddət sonra terrasda az-az insanlar görünməyə başladılar. Amma hər həftəsonu bütün bunadakı canlanmanı terrasda da hiss etmək olur.
Bir müddət sonra binanın qocalar evi olduğunu öyrəndim. Qış olduğundan bir müddət sonra terrasda az-az insanlar görünməyə başladılar. Amma hər həftəsonu bütün bunadakı canlanmanı terrasda da hiss etmək olur. Gözəl və rəngli geyimli, bəzən uşaqı, bəzən uşaqsız cütlüklər valideynlərini yoxlamağa gəlir, onları terrasa çıxarır, gəzdirir, bəzən maşınlarına otuzdurub harasa – güman ki, kafeyə, əyləncə mərkəzlərinə, piknikə və s – aparırlar.
Bina bizə çox yaxın olduğundan adamların üzlərindəki ifadələri belə aydın görmək mümkündür. Nə qocaların, nə onlara baş çəkməyə gələnlərin üzündə narazılıq, küskünlük, gərginlik olmur. Əksinə, deyib-gülürlər, bir-birilərini qucaqlayırlar. Onlara baxdıqca düşünürəm ki, belə bir mənzərəni bizim ölkəmizdə təsəvvür etmək mümkündürmü?
Bizim təsəvvürümüzdəki, eyni zamanda televiziyaların, mətbuatın bizə təqdim etdiyi qocalar evləri baxımsız, soyuq, çox kasıbyana yerdir. Burdakı qocalar pis geyinir, üzlərindən məyusluq, bədbəxtlik, naşükür övladlarına qarşı qəzəb, öz qədərindən giley yağır. Burdakı insanlara yaşlı, qoca kimi deyil, kimsəsizlər, atılmışlar kimi yanaşırlar, onları görənlərin yazığı gəlir, bu adamları gətirib belə bir müəssisəyə təhvil verən övladlarına qarğış, söyüş yağdırırlar insanlar.
Halbuki Avropada qəsdən dəfələrlə bu mövzuda söhbət açdım, hələ bir nəfər də olsun avropalı qocalar evi, bura valideyni qoymaq barədə bir qram da mənfi fikirdə olmadı, əksinə, müəssisələrin necə bahalı olduğundan, xidmətin yüksək keyfiyyətindən, az qala bütün insanların ömrü boyu maaşlarından bu yer üçün pul tədarük gördüklərindən danışdılar.
Halbuki Avropada qəsdən dəfələrlə bu mövzuda söhbət açdım, hələ bir nəfər də olsun avropalı qocalar evi, bura valideyni qoymaq barədə bir qram da mənfi fikirdə olmadı, əksinə, müəssisələrin necə bahalı olduğundan, xidmətin yüksək keyfiyyətindən, az qala bütün insanların ömrü boyu maaşlarından bu yer üçün pul tədarük gördüklərindən danışdılar. Bəzi avropa ölkələrində ümumiyyətlə nikah müqaviləsində hər iki tərəfin valideynləri yaşlandıqdan sonra qocalar evinin xərcini kimin ödəyəcəyi barədə razılaşma bəndi olur. Hər şey normal qarşılanır, təbii hal kimi qəbul edilir.
Bəs avropalılar öz valideynlərini sevmirlərmi. Sevirlər. Onlar öz valideynləri ilə uzun illər bir yerdə də yaşayırlar. Valideyn qocalar evinə ancaq lap əldən düşəndə, öz ehtiyaclarını özü təmin edə bilməyəndə təhvil verirlər. Bəs qocalar buna görə öz övladlarından incimirlərmi. Yox. Çünki burda insalar üçün ən ciddi məsələ başqalarına, övladı da olsa, mane olmamaqdır. Qocalar səhər tezdən işə gedib, axşam gələn övladlarını (çünki hamı işləyir) evdə oturub tək gözləməkdənsə, öz yaşıdlarının arasında vaxt keçirməyə, əylənməyə, söhbət etməyə üstünlük verirlər. İşdən yorğun gələn övladının ona yemək hazırlamağını, onu çimizdirməyini, əynini dəyişməyini gözləməkdənsə, buna görə maaş alan sosial işçilərin xidmətindən istifadə etməyi daha rahat bilirlər. Həftəsonları isə yanlarına gələn övladları, nəvələri ilə daha urvatlı, daha rahat söhbət edir, gəzməyə gedir, birlikdə vaxt keçirirlər.
Avropalı qocalar təqaüdə çıxandan sonra o qədər səyahət edir, vaxtlarını o qədər dolu, maraqlı keçirirlər ki, əldən düşəndən sonra daha evdə övladları, nəvələri ilə qalmaq, artıq səs-küy eşitmək istəmirlər. Sakitlik, rahatlıq, xüsusi atmosfer axtarırlar. Bu atmosferi isə bu yaşda insanlara nələrin lazım oldğunu illər uzunu araşdıran, tapan mütəxəssilər qocalar evlərində yaradır. Və nəticədə övlad da normal, gərgin, dolu iş və özəl həyatını, qoca da rahat, sakit həyatını yaşayır.
Avropalı qocalar təqaüdə çıxandan sonra o qədər səyahət edir, vaxtlarını o qədər dolu, maraqlı keçirirlər ki, əldən düşəndən sonra daha evdə övladları, nəvələri ilə qalmaq, artıq səs-küy eşitmək istəmirlər.
Mən biz deyəndə, təkcə azərbaycanı nəzərdə tutmuram əslində. Bizə cografi və mental yaxınlığı olan ölkələrdə də vəziyyət təxminən eynidir. Kasıb, təmirsiz, soyuq qocalar evləri, qəpik-quruş maaşa işləyən, müəssisədən ərzaq oğurlayan əsəbi sosial işçilər, özlərini dünyanın bədbəxti kimi aparan məzlum qocalar, mikrofonu bu qocaların agzına dayayıb sanki “söy, qarğa öz uşaqlarına, axə səni niyə gətirib bura qoyublar” deyən jurnalistlər... Dil fərqi olmasa, Rusiyada, Gürcüstanda, Azərbaycanda, Ermənistanda, hətta Türkiyədə reportaj hazırlanan bütün qocalar evlərinin eyni ölkədə olduğunu, eyni ölkədən söhbət getdiyini düşünərsən.
Hər sosial problemin həllinə baxdıqca, regionların fərqi adamı dəhşətə gətirir. Baxırsan ki, nə təkcə insanlar özbaşına bu problemlərin öhdəsindən gələn deyil, nə qanun, nə dövlət, nə hakimiyyət, nə təkcə maarifləndirmə. Dəyərlər başqa, infrastruktur başqa, qanunlar başqa, insanların yanaşması başqa. Və hər dəfə də hələ necə uzun, upuzun bir yolu getməli olduğumuzu düşünürsən.
Hələ ki, hər bir valideyn üçün təhqir hesab olunan müəssisə var – qocalar evi. Hər bir övlad üçün ən dəhşətli, bağışlanmaz hərəkət var – ata-anasını qocalar evinə qoymaq.
Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.