Keçid linkləri

Təcili xəbərlər

Elastik telefon bu il satışa çıxacaq


"Samsung Electronics" şirkətinin bazara ildə iki dəfə yeni Android smartfonu çıxarması artıq adət halını alıb. Adətən ilin birinci yarısında Galaxy S, ikinci yarısında isə Galaxy Note cihazı satışa çıxarılır.

Bu il şirkətin üçüncü ənənənin əsasını qoyacağı gözlənilir. Belə ki, əyilə bilən smartfonların artıq 2017-ci ilin son rübündə satışa çıxarılacağı bildirilir.

Layihədən xəbərdar olan, Tayvandakı istehsal müəssisələrindəki mənbələr bildirirlər ki, ilk vaxtlarda Samsung belə telefonların kiçik partiyasını satışa çıxaracaq. Şirkət qatlana bilən smartfonlarının kütləvi istehsalına 2018-ci ilin ikinci yarısında başlayacağı bildirilir. Bu, şirkətin bir sıra texniki məsələləri həll etməli olması ilə bağlıdır.

Bildirilir ki, qatlana bilən korpusun düzəldilməsi asandır. Ancaq qatlana bilən ekranın düzəldilməsi daha çətin işdir. Ancaq şirkət artıq plastik qatın yaradılması üsulunu mənimsəyib.

Mənbələr bildirir ki, Samsung artıq 2016-cı ilin sonlarında qatlana bilən smartfonun patentini almaq üçün ABŞ Patent və Ticarət Nişanı İdarəsinə (USPTO) müraciət edib. Onların sözlərinə görə, bu, Koreya şirkətinin qatlanan smartfon üzərində işi sürətləndirdiyini göstərir.

Samsung artıq illərdir ki, müxtəlif texnologiya sərgilərində qatlanan smartfonlarını nümayiş etdirib.

Mənbələr əlavə edib ki, Apple, LG Electronics və Microsoft kimi digər istehsalçılar da buna bənzər patentlər almaq üçün sözügedən quruma müraciət ediblər. Bu isə o deməkdir ki, "Samsung Electronics" çox güman ki, bazara qatlana bilən smartfonlar çıxaran yeganə şirkət olmayacaq.

Ən son yazılan

XS
SM
MD
LG