Keçid linkləri

Təcili xəbərlər

Yaxşı yuxuya kömək edən beş qida


Dünyada təxminən üç nəfərdən ikisi yuxusuzluqdan əziyyət çəkir. Yetkin insanların əksəriyyəti gecələr səkkiz saat dolğun yuxu yatmaq üçün mübarizə aparır.

Ekspertlərin fikrincə, yuxusuz, narahat gecələrin səbəbi yatmazdən öncə yediyimiz qidalar və içdiyimiz içkilər ola bilər.

“Yaxşı yuxu bələdçisi” kitabının müəllifi Sammy Margo yatmazdan öncə yeməli olduğumuz beş qidanı üzə çıxarıb.

1. Banan - maqneziumla zəngin, əzələ boşaldıcı olmaqla yanaşı, yuxu gətirici seratonin və melatonin hormonları baxımından da seçilir.

2. Bal - Bir qaşıq təbii balın tərkibindəki qlükoza beyinə oyanıqlığı təmin edən oreksin maddəsini kəsməyi “söyləyir”.

3. Badam - əzələ və sinir funksiyalarını azaltmağa kömək olan, ürək ritmini sabitləşdirən triptofan və maqneziumla zəngindir.

4. Yulaf əzməsindəki taxıllar insulin istehsalını artırır, qanda şəkəri təbii olaraq yüksəldir. Bu bitkinin də tərkibində melatonin var.

5. Hinduşka əti yuxu gətirən triptofan maddəsiylə zəngindir.

Yatmazdan öncə bir stəkan çobanyastığı çayı, isti süd və ya bir qədəh şərab içmək də yuxu gətirir. Ancaq həddən artıq alkoqol dərin yuxuya getməyə mane olur, növbəti gün insanı yuxulu hiss etdirir.

Qida mütəxəssisi Margo yatmazdan öncə aşırı spirtli içkidən. ədviyyatlı, yağlı qidalardan, kofe və pendirdən uzaq durmağı məsləhət görür.

XS
SM
MD
LG