Keçid linkləri

PRUSSİYA KRALI VƏ DƏYİRMANÇI...

Prussiya kralı Böyük Fridrixlə bağlı belə bir rəvayət də söyləyirlər. Deyilənə görə, kral çox gözəgəlimli bir yerdə özü üçün saray tikdiribmiş.

Amma mənzərəni yaxınlıqdakı uçuq-sökük bir kənd dəyirmanı əməlli-başlı korlayırmış və buna görə kral əmr edir ki, dəyirmanı başqa bir yerə köçürsünlər. Fəqət, dəyirmançı razılaşmır ki, razılaşmır.

...dəyirmançı yenə də təslim olmur və Fridrixə deyir ki, Prussiyada kraldan başqa məhkəmə də vardır. Onun bu sözləri Fridrixin çox xoşuna gəlir və o, bir daha dəyirmançını narahat etmir, dəyirman da yerində qalır.

Axırda kral onu yanına çağırtdırır və qərarını şəxsən özü dəyirmançıya çatdırır və əks təqdirdə dəyirmanın heç nəyə məhəl qoyulmadan söküləcəyini bildirir. Di gəl, dəyirmançı yenə də təslim olmur və Fridrixə deyir ki, Prussiyada kraldan başqa məhkəmə də vardır. Onun bu sözləri Fridrixin çox xoşuna gəlir və o, bir daha dəyirmançını narahat etmir, dəyirman da yerində qalır.

Bunları niyə xatırladım? Bu günlərdə ABŞ məhkəməsi prezident Donald Trampa sözün əsl mənasında dirəniş göstərdi. Düzdür, proses hələ bitməyib və prezident də təslim olmaq niyyətində deyil. Hətta ola bilsin ki, son anda hakimlər deyil, yenə də prezident prosesi udacaq.

Amma hakimlərdən birinin sözü artıq indidən mənim diqqətimi cəlb etdi. Onlardan biri dedi ki, ABŞ qanun ölkəsidir, qanunlar isə hamı üçün – prezident üçün də, adi vətəndaşlar üçün də birdir.

DAHA ƏVVƏLKİ KİMİ BAYILMASAQ DA...

Təbii ki, otən on beş-iyirmi il bizim çox şeylər haqqında təsəvvürlərimizi deyişib. Daha əvvəlki vaxtlarda olduğu kimi heç birimiz ABŞ deyəndə bayılmırıq – çox məsələlər adiləşib...

Amma dünyada ABŞ-ın “opponent”ləri olduqca çoxdur. Ələlxüsus da müsəlman Şərqində belə həvəsdə bulunanlar istədiyin qədərdir. Onlar hər bir vəchlə Amerikanı qəbul etmir, onun siyasi sistemini və dəyərlərini gözdən salmağa çalışırlar, üstəlik, guya buna “alternativ” də təklif edirlər.

Amma dünyada ABŞ-ın “opponent”ləri olduqca çoxdur. Ələlxüsus da müsəlman Şərqində belə həvəsdə bulunanlar istədiyin qədərdir. Onlar hər bir vəchlə Amerikanı qəbul etmir, onun siyasi sistemini və dəyərlərini gözdən salmağa çalışırlar, üstəlik, guya buna “alternativ” də təklif edirlər.

Elə ona görə də hakimlərlə Trampın toqquşması diqqətmi cəlb etdi və ixtiyarsız olaraq beynimdən bir sual keçdi: “Ey “opponent”lər, sizin hansınızın ölkəsində belə bir şey var?!”...

Müsəlman ölkələrindən yalnız Türkiyədə belə bir şeyi təssəvvür etmək mümkündür – o da hələ ki... Ona görə “hələ ki” deyirəm ki, son vaxtlarda Türkiyə də sürətlə avtoritarlaşmaqdadır. Məsələn, beynəlxalq təşkilatların bildirdiyinə görə bu ölkədə yüzdən çox jurnalist təzyiq və ya təqib altındadır.

Digər müsəlman ölkələrindəsə əməlli-başlı despotizim baş alıb gedir. Amma sanki “yuxarı”lar bunun fərqində deyil, heç nəyə məhəl qoymadan, heç nəyə fikir və diqqət etmədən sözün lap əsl mənasında ideoloji müharibə aparırlar.

NƏ DAHA QORXULUDUR?..

Bəzisi isə ideologiyadan artıq silaha keçibdir – İŞİD, əl-Qaida və ya “taliban”lar buna sübutdur.

Bəli, indi çoxunu onların silahı qorxudur. Amma mənə həmişə elə gəlib ki, bu adamların daha qorxulu silahı vardır – bu da onların “ideya”sıdır...

Bəli, indi çoxunu onların silahı qorxudur. Amma mənə həmişə elə gəlib ki, bu adamların daha qorxulu silahı vardır – bu da onların “ideya”sıdır...

Bəli, onların “ideya”sı var... Dünya üçün də, bölgə üçün də ən qorxulusu da elə budur.

Hər dəfə bu insanların “Allahu-Əkbər” sədaları altında atəş açmasını seyr edəndə adamın bədənindən lap üşütmə keçir. Allahın adını çəkib başqalarına kömək etmək də olar. Amma onlar tərsinə edirlər – Allahın adını çəkib adam öldürürlər...

Ən əsası da bir daha deyirəm, odur ki, onlar “alternativ ideya”ya malik olquqlarını düşünürlər. Və buna inanlar da tapılır. Bir də görürsən ki, ən ağlagəlməz yerlərdə dini fanatlar – İŞİD-çilər və ya qeyriləri peyda olur...

TƏFTİŞ ETMƏK HAQQI...

Qayıdıram ABŞ-ın siyasi sisteminə və bir də dəyərlərinə... Demirəm ki, ideladır, amma bundan yaxşısı harada vardır? Bu vaxta qədər kim daha yaxşı alternativlər təklif edə bilibdir? Təklif olunan bütün “alternativ”lər yalnız və yalnız mifdir, utopiyadır...

Bu vaxta qədər onlarla totalitar sektalar olub ki, sonda onların adi fırıldaq məqsədilə yarandığı bəlli olub. Amma təəssüf ki, insanlar yenə də belə sektaların və dini cərəyanların toruna düşməkdə davam edirlər, xüsusən də müsəlman ölkələrində...

Bəlkə də bu “ideya generatorları” ürəklərində həmin miflərin, nağıl və utopiyaların heç birinə inanmırlar – bütün bunlar onlara başqalarının üzərində hakimiyyət üçün lazımdır, başqalarının şüuru ilə manipulyasiya etmək üçün gərəkdir.

Bu vaxta qədər onlarla totalitar sektalar olub ki, sonda onların adi fırıldaq məqsədilə yarandığı bəlli olub. Amma təəssüf ki, insanlar yenə də belə sektaların və dini cərəyanların toruna düşməkdə davam edirlər, xüsusən də müsəlman ölkələrində....

Niyə belə olur?.. Popper yazırdı ki, hər bir tədqiqatçı öz nəzəriyyəsini inkar edən dəlillər axtarmalıdır. Hətta Fridrix Nitşe deyirdi ki, mənə qayıtmaq üçün məni inkar et...

Yəni insan heç nəyi doqma kimi qəbul etməməlidir. “Bunu prezident deyib” və yaxud da “Bunu filan din xadimi buyurub” deyərək insan heç bir halda özünün təməl haqlarından birini – heç nəyi doqma kimi qəbul etməmək və hər şeyi təftiş etmək haqqından imtina etməməlidir.

Bir daha deyirəm ki, heç nə ideal deyildir. Hər şey müqayisədə müəyyən bir dəyər qazanır. Ona görə də “Şərqə, yoxsa Qərbə doğru?” soruşmaqdan usanmayan insanlarımızın da intizardan qurtarmaq vaxtı çatıb.

Şərq “ideoloq”larının çoxunun dediklərinin hamısı xəyaldır, mifdir. Bunlar real və həqiqət olsaydı haradasa bir təzahür tapardı. Amma Qərb nəyəsə nail olub, dediklərini praktikləşdirib. Buyurub təftiş və ya müqayisə etmək olar...

Ona görə də “Demokratiya bizə nə verər?” sualını da soruşmaqdan usanın. Çünki sualın cavabı göz önündədir. Bu, Amerikadır, Avropadır ki, hər birimiz böyük məmnuniyyətlə yaşamaq üçün oraları seçirik və yaxud da seçərdik...

Amma nədənsə xəyallarımızda olsa belə öz ölkələrimizdə bunları görmək istəmirik. Niyə? Bəlkə də ona görə ki, bu bizim hər birimizdən dəyişməyi, tamam başqa insan olmağı, tək özün üçün deyil, başqalarının da azadlığı və rifahı üçün məsuliyyət daşımağı tələb edir. Bizlər isə bunu istəmirik...

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

Sənin fikrin

Şərhləri göstər

XS
SM
MD
LG