Floridalı balıqçı sudan növbəti balıq çıxaracağına ümid edərkən onun toruna yarım metrə yaxın uzunluğu olan naməlum bir məxluq düşüb.
Balıqçı Stiv Barqeron (Steve Bargeron), verilən məlumatlara görə, tapıntısını vəhşi təbiət mühafizəsi nümayəndələrinə də göstərib. Bir sıra eksperimentlərdən sonra alimlər məxluqu müəyyən etməyə nail ola bilməyiblər. Lakin bəzi mütəxəssislər hesab edirlər ki, dəniz dərinliklərində olan bu məxluq mantis xərçəng növünə aiddir. Buna baxmayaraq, bu növlərin uzunluğu adətən maksimum 30 sm olur. Balıqçının tutduğu məxluq isə bundan iki dəfə böyükdür.
Mantis-xərçənglər onurğasız ən iri yırtıcı hesab edilirlər. Onların əsas silahı – güclü dırnaqlarıdır ki, onun gücü akvarium şüşəsini qırmağa belə yetir.