Keçid linkləri

Neapol yaxınlığında, Kampi Fleqrey (Fleqrey sahələri) ərazisində yerləşən yatmış supervulkan oyanış işarələrini verir.

İtalyan və fransız alimlərinin fikrincə, bu vulkanın püskürməsi yalnız onun yaxınlığında yaşayan yarım milyon sakini deyil, kontinenti ümumən dəyişərək bütün Avropa üçün də faciəvi ola bilər.

Vulkanın çıxış kanalında təzyiq altında böyük həcmdə qaz toplanıb. Fleqrey ərazisində artıq demək olar ki, mütəmadi şəkildə şaquli titrəyişlər baş verir. Lakin mütəxəssilərin fikrincə, vulkanın püskürəcəyi vaxtı öncədən demək mümkün deyil.

Avropada sonuncu nəhəng vulkan püskürməsi 39 min il bundan öncə baş verib və neandertalların Yer üzündən silinməsi ilə nəticələnib. Kampi Fleqreydə isə kiçik həcmli vulkan püskürməsi 1538-ci ildə baş verib. Bu hadisə 8 gün davam edib və nəticədə Monte Nuovo dağı yaranıb. Ancaq həmin vaxtdan sonra vulkan həmişə sakit olaraq qalıb, artıq 500 ildir ki, yatan vulkan hesab edilirdi.

Alimlər bizim mövcud olduğumuz dövrdə vulkanın püskürməyəcəyini də ethimal edirlər. Buna baxmayaraq, onların fikrincə buna tam ənim olmaq da mümkün deyil. Mütəxəssilər araşdırmaların davam etdirməsinin vacib olduğunu vurğulayırlar.

Sənin fikrin

Şərhləri göstər

Ən son yazılan

XS
SM
MD
LG