Keçid linkləri

Karnegi Mellon Universitetinin tədqiqatçıları evliliyin insan sağlamlığına təsirini araşdırıblar.

Tədqiqat göstərib ki, evli şəxslərdə heç evlənməmiş və ya əvvəllər evli olmuş şəxslərə nisbətən kortizolun (stress hormonunun) səviyyəsi daha aşağıdır. Nəticələrə görə, subay şəxslər evlilərdən daha çox psixoloji stresslə üzləşirlər.

“Münasibətlərin sağlıq və xəstəliklərə təsirini açıqlayan fizioloji bir yol tapmaq həyəcanvericidir,” araşdırmanın ilk müəllifi, Karnegi Universitetinin doktorantı Brayan Çin (Brian Chin) belə deyib.

Tədqiqat zamanı araşdırmaçılar üç gün boyunca 21-55 yaş arası 572 sağlam insanın tüpürcəyindən nümunə götürüblər. Onların tüpürcəklərində kortizolun (stress hormonun) səviyyəsini ölçüblər. Məlum olub ki, evli insanlarda subay və ya boşanmış insanlarla müqayisədə stress hormonunun səviyyəsi aşağıdır.

Davamlı stress bədəndə kortizolun səviyyəsini qaldırır. Bu isə orqanizmin soyuqdəymə, iltihabla bağlı bir çox xəstəlikləri tənzimləməsinə mənfi təsir edir.

Tədqiqatçılar kortizol səviyyəsinin gün boyunca dəyişməsini də izləyiblər. Adətən, səhər oyanan zaman insan orqanizmində kortizol maksimal səviyyəyə çatır. Gün boyu kortizol aşağı düşür. Araşdırma göstərib ki, evli insanlarda stress hormonunun konsentrasiyası daha sürətlə aşağı düşür. Bu da, ürək-damar xəstəlikləri riskini azaldır.

Sənin fikrin

Şərhləri göstər

XS
SM
MD
LG