Keçid linkləri

Çinin ingilisdilli "People's Daily" qəzeti yazır ki, Çin Xalq Respublikasında ilk kosmik yük gəmisinin kosmosa göndərilməsi üzrə ilkin araşdırmalara başlanıb. Artıq uçuşla bağlı hazırlıq işləri görülür.

Çin özünün kosmik yük gəmisini "Chanchzhen" raket daşıyıcısının köməyilə kosmosa çıxarmağa hazırlaşır. Raketin sürətlə gedən hazırlıq işləri artıq sona çatmaq üzrədir.

"Tianzhou-1! gəmisinin Çinin "Tyangun-2" stansiyasına yanacaq və başqa vacib yükləri çatdıracağı güman edilir. İlk dövlət furqonunun buraxılışının 2017-ci ilin aprelin 24-də baş tutacağı gözlənilir.Ötən il hökumət 24 aprel tarixini Çinin Kosmos Günü elan edib.

Çin mütəxəssisləri deyirlər ki, kosmik yük gəmisi kosmodroma çatdırılmasından öncə onu istehsal edən zavodda sınaqdan keçib. Çinin Pilotlu Kosmik Agentliyi (CMSA) bildirib ki, gəmi artıq bazar ertəsi günü Haynan vilayətindəki Vençanq kosmodroma çatdırılıb.

Çin konstruktorlarının planlarına görə, "Tianzhou-1"-dən 2022-ci ildə işə başlayacağı gözlənilən dövlət orbital stansiyasının yaradılmasında istifadə olunacaq. Onun başlanğıc kütləsi 13 ton, uzunluğu 10,6 metr, maksimal diametri 3,35 metrdir. «Tyanzhzhou-1» üç ay ərzində müstəqil uçuş həyata keçirməyə, 6 ton yük, əlavə olaraq 2 ton yanacaq daşımağa qadirdir.

Ölkənin rəsmi sənədlərində göstərilir ki, Çin kosmik tədqiqatlardan yalnız sülhməramlı məqsədlərlə istifadə etməyin tərəfdarıdır. Bildirilir ki, Çin "Kosmosun silahlandırılması, yaxud da Kosmosda silah yarışmasına qarşıdır".

Ancaq "China Daily" qəzeti Kosmosun hərbiləşdirilməsinin "günün tələbi" olduğunu yazıb.

Ötən həftə Pentaqon "Raytheon SM-3 IIA" raketini uğurla sınaqdan çıxardığını bildirib. Sınaq zamanı "Raytheon SM-3 IIA" atmosferin xaricində ballistik raketlə toqquşdurulub.

Çin bu il özünün iddialı kosmik proqramını genişləndirmək üçün rekord sayda - 30 kosmik missiya göndərməyi planlaşdırır.

Sənin fikrin

Şərhləri göstər

Ən son yazılan

XS
SM
MD
LG