Keçid linkləri

Təcili xəbərlər

İdmançılar alkoqolizmə və narkomaniyaya meyllidirlər


Hesab edilir ki, idman və fiziki fəallıq insanın psixoloji sağlamlığını möhkəmləndirir. Lakin son araşdırmalar onu göstərir ki, idmançılar tez-tez psixoaktiv maddələrdən istifadə etməyə daha çox meylli olurlar. Alimlər bu aludəçilikdən yaxa qurtarmaq istəyən keçmiş idmançılar arasında sorğu keçiriblər.

Könüllülər bir neçə qrupa bölünüb (həvəskarlardan peşəkarlara qədər). İştirakçıların bir çoxu qrup idman növü ilə məşğul olanlar olub, xüsusilə də xokkeylə. Alimlər müəyyən ediblər ki, idmançılarda aludəçilik riskini narkotik və spirtli içkilərin istifadəsini sosial məqbulluq artırırmış. Bundan başqa, o da məlum olub ki, idmançılara nümunə olan şəxslər nəinki bu riskin qarşısını almağa cəhd göstəriblər, bəzən onlar bunu daha dsa inkişaf etdiriblər.

Digər bir araşdırmanın nəticəsi isə göstərib ki, kişi idmançılar arasında vaxtından tez ölüm halları daha tez-tez baş verir. Kişilər üçün cinsi hormonların tədricən və təbii şəkildə azalması vacibdir. İdmançılarda isə testosteron partlayışlarına görə bu proses müşahidə edilmir. Nəticədə isə idmançı kişilər çox yaşamırlar. Onlar infeksiyalardan və ya müxtəlif xəstəliklərdən ölməyə meylli olurlar.

XS
SM
MD
LG