Keçid linkləri

Birləşmiş Ərəb Əmirlikləri 2117-ci ildə Marsda şəhər salacağını açıqlayıb.

Şəhərin Çikaqo böyüklüyündə və 600 min nəfərlik olacağı bildirilir.

“Mars 2117” layihəsi Dubay əmiri Şeyx Məhəmməd ibn Rəşid Əl Məktum tərəfindən elan edilib.

“İnsanların digər planetlərdə məskunlaşması uzun müddət yuxuya bənzəyib. Məqsədimiz bu yuxunu gerçəyə çevirməkdir”, şeyx belə deyib.

Neftlə zəngin BƏƏ öz kosmik agentliyini yalnız üç il əvvəl yarada bilib.

2014-cü ildə qurulan BƏƏ kosmik agentliyi 2020-ci ildə Marsa “Ümid” adlı orbital aparatını göndərməyi planlaşdırır. Ancaq ölkənin kosmik alimləri bildirirlər ki, bu cəhd uğursuz da ola bilər. Onlar xəbərdarlıq edirlər ki, missiyanın hər hansı bir işi zamanında görülməzsə, ikinci bir şans olmaya bilər.

Ötən ilin sonlarında “Space X” və “Tesla” şirkətlərinin qurucusu İlon Mask (Elon Musk) da 2022-ci ilə qədər insanları Marsa çatdırmaq planlarını açıqlayıb: “Mən Marsı insanlar üçün əlçatan etmək istəyirəm. Həyatımız boyu əldə edə biləcəyimiz bir şey kimi...”

Sənin fikrin

Şərhləri göstər

Ən son yazılan

XS
SM
MD
LG