Keçid linkləri

Təcili xəbərlər

Erkən yaşda piylənmə xərçəng riskini artırır


Artıq çəki ürək-damar problemlərinə, oynaq ağrılarına, artrit və başqa xəstəliklərə gətirib çıxara bilir.

Amerika Milli Onkologiya İnstitunun yeni araşdırması isə üzə çıxarıb ki, 20 yaşlarda piylənmə gələcəkdə qida borusu və ya mədənin yuxarı hissəsinin xərçənginə tutulma riskini üç qat artırır.

Tədqiqatçılar 20-50 yaş aralığında 400 000-dən çox insanın boy və çəkilərini incələyiblər. Nəticədə məlum olub ki, 20 yaşlarda artıq çəkili insanların sonrakı yaşamlarında qida borusu və ya mədə xərçənginə tutulma riski normal çəkili insanlardan 60-80 faiz yüksəkdir.

Yetişkin yaşlarda 20 kilo artıq çəkisi olan insanlarda çəkisi az artan insanlarla müqayisədə qida borusu xərçəngi riski iki dəfə çoxdur.

Araşdırmaçılar bildirirlər ki, piylənmə estrogen və testosteron kimi hormonların səviyyəsini dəyişir, insulini artırır, iltihaba səbəb olur. Bütün bunlar da xərçəngə tutulmağa gətirib çıxara bilər.

Tədqiqatçılar xərçəngə tutulma riskini azaltmaq üçün qidaya, hərəkətə diqqət etməyin, normal çəkini saxlamağın vacib olduğunu vurğulayırlar.

XS
SM
MD
LG