Keçid linkləri

Təcili xəbərlər

Körpənizə layla deyin


Laylanı dinləyən körpə onun üçün zəruri olan sensor stimulyasiyanı qəbul edir, bu isə onun diqqətinin fokuslanmasına və həyəcan səviyyəsinə təsir göstərir. Belə bir qənaətə Mayami universiteti alimləri apardıqları araşdırmadan sonra gəliblər.

Həmin təcrübə 70 körpənin iştirakı ilə baş tutub. Alimlər körpələrin 6 müxtəlif situasiyada necə davrandıqlarını müşahidə ediblər (ana və ya yad br şəxs təcrübəçilər tərəfindən seçilən mahnını oxuyublar, ana özü seçdiyi mahnını, kitabı oxuyub, oyuncaqlarla oynayıb, və körpəsi ilə birgə musiqi səsyazmalarını dinləyib).

Alimlər müəyyən ediblər ki, laylalar, oyuncaq və kitablar körpənin diqqətini daha yaxşı saxlayırlar, nəinki səsyazmalar.

Araşdırmanın rəhbəri olan Şennon Etual (Shannon de I’Etoile) bildirib ki, təcrübənin əsas məqsədi körpələrə oxunan laylalar zamanı onların unikal insani davranışlarını və reaksiyalarını öyrənmək olub.

Müxtəxəssislər körpələrin laylaları diqqətlə dinlədikləri zaman anaların instinktlərinin də gücləndiyini müşahidə ediblər. Körpələrin fikirləri yayındığı zaman isə onların fikrini yenidən cəlb etmək üçün analar səs tonunu və ya mahnının tempini dəyişiblər. Alimlərin doğuşdan sonra depressiya yaşayan analara laylalar oxumağı tövsiyyə edirlər. Onların fikrincə, layla oxumaq neqativ emosiya və fikirlərdən yayındırır və həmçinin, onlarda öz güclərində əminlik hissinin yaranmasına yardımçı olur.

XS
SM
MD
LG