Keçid linkləri

Təcili xəbərlər

İlk sürücüsüz maşın yarışı qəzayla bitib


Sürücüsüz maşınlar arasında ilk yarış keçirilib.

“Formula E Buenos Ayres E-Prix” çərçivəsində baş tutan yarışda Roborace-in hazırladığı Devbots adlı sürücüsüz iki elektromobil yarışıb. Onlardan biri döngədə sürətini artırıb və qəza edib.

Maşınlarda hələ də sürücü kabini olsa da, yarış zamanı boş olub. Devbots əvvəllər yollarda sınaqdan keçirilsə də, ilk dəfə iki maşın eyni zamanda yolda irəliləyib.

Roborace-in marketinq direktoru Castin Kuk (Justin Cook) bildirib ki, elektromobil təmir edilə bilər və qəza zamanı heç bir insan zərər görməyib.

Çempionatın növbəti yarışı Aprelin 1-də Mexico-da baş tutacaq.

Ən son yazılan

XS
SM
MD
LG