Keçid linkləri

İkiekranlı HTC U (Ultra) smartfonu Avropada rəsmi satışa çıxarılıb.

Cihazın 64 GB daxili yaddaşlı versiyasının satış qiyməti 910 dollardır. 128 GB daxili yaddaşlı versiya isə Avropa bazarında daha sonra satışa çıxarılacaq.

Smartfon arxa hissəsində köməkçi ekran olması ilə fərqlənir. Buna bənzər özəllik LG V10 LG V20 modellərində var. Köməkçi ekranda enerji səviyyəsi, tarix və saat, hava durumu, seçilmiş əlaqə nömrələri, bildirişlər və digər bu tip məlumatları görmək olar.

Ağıllı telefonun əsas ekranının ölçüsü 5.7 duymdur. 2 duymluq köməkçi ekran isə əsas ekranın yuxarısında, köməkçi ekranın yanında yerləşir.

Smartfonun RAM-ı 4 GB-dır. Cihazın 12 meqapiksellik ön, 16 meqapiksellik arxa kamerası var.

HTC U seriyasını “CES 2017” elektronika sərgisində tanıdıb.

Sənin fikrin

Şərhləri göstər

Ən son yazılan

XS
SM
MD
LG