Keçid linkləri

Bir zamanların əfsanəvi mobil telefonu Nokia 3310 yenidən qayıdır.

Cihaz Barselonda keçirilən MWC (Mobile World Congress) tədbirində təqdim ediləcək.

Telefonun klassik görüntüsünü, dizaynını saxlamaqla yanaşı, yeni özəlliklərə sahib olacağı təxmin edilir.

Cihazın enerji saxlama müddəti müasir smartfonlarla müqayisədə bir həftəyədək daha uzun olacaq.

Nokia 3310 sevərlərin unudulmaz oyunu Snake-in də cihazda yer alacağı təxmin edilir.

Mobil telefonun qiymətinin 59€ olacağı gözlənilir.

Nokia 3310 ilk dəfə 2000-ci ildə bazara çıxarılıb. Telefon dayanıqlı korpusu, enerji saxlamasına görə fərqlənib. Dözümlü olduğu üçün istifadəçilər ona zarafatla bir çox adlar veriblər.

“HMD Global”ın tərkibində istehsalını davam etdirən Nokia-nın MWC-də daha iki model tanıdacağı düşünülür.

Sənin fikrin

Şərhləri göstər

Ən son yazılan

XS
SM
MD
LG