Keçid linkləri

Təcili xəbərlər

Yeni peyvənd beş HİV xəstəsini sağaldıb


Barselonada HİV-ə qarşı yeni peyvənd 13 pasient üzərində sınaqdan keçirilib. Peyvənd Oksford universitetinin professoru Tomaş Xanke tərəfindən icad edilib. Təcrübənin nəticəsi onu göstərib ki, beş nəfərin orqanizmi müəyyən müddətdən sonra virusa nəzarət etməyə başlayıb.

Alimlər könüllülərə 3 inyeksiya vurublar. Nəticədə isə hüceyrələr virusla mübarizə aparmağa öyrəşiblər. Bundan sonra mütəxəssislər HİV-ə qarşı ənənəvi terapiyanın tətbiqini dayandırıblar. Aparılan eksperiment onu göstərib ki, dörd həftədən sonra 13 pasientdən səkkizinə viruslar yenidən geri qayıdıb. Digərləri isə 5, 13, 17, 20 və 27 həftədə virusu nəzarətə ala biliblər. Pasientlərin orqanizmində yenə də virus aşkar olunub, lakin virus yükü antiretrovirus terapiyasının bərpası prosesində onun başlanğıc mərhələsi səviyyəsində olub.

Tədqiqat koordinatoru Beatris Motun (Beatriz Mothe) sözlərinə görə, onlar insan orqanizminin immun sistemini gücləndirməyə nail olublar. Bundan sonra isə HİV viruslarının qayıdış cəhdlərinə orqanizm daha effektiv reaksiya verib. Daha öncə 4 həftədən çox müddət ərzində inyeksiyalar orqanizmi qoruya bilmirdi və indiyədək heç vaxt bu göstərici 8 həftəni keçməyib.

Alimlərin sözlərinə görə, onlar daha irimiqyaslı təcrübələr aparmaq niyyətindədirlər.

XS
SM
MD
LG