Keçid linkləri

Bir iş yoldaşım var, birinci devalvasiyadan sonra deyirdi, narahat olmayın, qəm-qüssə çəkməyin, ölkədə qatı açılmamış pullar var, hər şey yaxşı olacaq.

Elə ikinci devalvasiyadan sonra da eyni sözləri təkrar edirdi. Amma nə məsələdirsə üç aydır səsi gəlmir. Susub, danışmır. Tısı yatıb.

Azərbaycanda həqiqətəndə qatı açılmayan, sağlığında qədri bilinməyən yazıçılar olub. Onlardan biri də Əbdürrəhim bəy Haqverdiyevdir...

İndi onun sözü olmasın, Azərbaycanda həqiqətəndə qatı açılmayan, sağlığında qədri bilinməyən yazıçılar olub. Onlardan biri də Əbdürrəhim bəy Haqverdiyevdir.

Bu günlərdə bəyin Sovet vaxtında dərc edilmiş köhnə cildi kitabı əlimə keçdi. Kitab məqalə, hekayə, məktublar toplusundan ibarətdir. Elə ən dadlısı da məqalələrdir.

Yazılarından biri “Bizim yabılığımız” adlanır.

Deməli kişi yazıb ki, dünyada iki məlum at cinsi var. Bir cinsə köhlən, digərinə yabı deyərlər. Köhlən at aristokrat hesab olunur. Onun yeməyinə, içməyinə, tövləsinə həmişə diqqət olunur. Bəzi köhlən atlara bir neçə qulluqçu təyin olunur. Bu atları ya minik üçün, ya da faytonlara qoşarlar. Köhlən atın qiyməti də yabı atdan bir neçə dəfə baha olur.

Ağır, qara işləri bu atlara saxlamazlar. Fəhləçilik üçün yabı atlardan istifadə edərlər. Yabı atın yemək-içmək puluna qənaət edilir. Ayda ildə bir kərəm yabını tumarlayarlar. Qiyməti də köhlən atdan qat-qat ucuz olur. Köhlən atı qamçının ucu ilə qorxuzanda, yabının yambızına dəyənəklə döşəyirlər. Köhlən at ilə yabının xasiyyət fərqləri də var. Yabının xüsusiyyətlərindən biri də budur ki, bir neçə gün saxlayırsan tövlədə, bəsləyirsən, sonra çıxardırsan çölə, yabı başlayır yerlə-göylə əlləşməyə. Bir nərə çəkib kişnəyir ki, gəl görəsən, köhlən atdan heç geri qalmır. Adam çaşıb qalır ki, sən öl, deyəsən mənə yabı adı ilə səhvən köhlən at satıblar. Elə güc-bəla ilə yabını minirsən ki, at o saat yerindən götürülür. Bir qədər qaçandan sonra, görürsən ki, pah atoynan, yabı öz yabılığını göstərdi, qulaqlar sallandı, ağzı köpükləndi, boyun düşdü, yabı yoruldu.

... bir ömür bizlərlə yabı kimi davranıblar. Mədəniyyət, azadlıq arpasından verməyiblər, o səbəbdən hər işimizdə yabılığımızı biruzə veririk. İndi isə keçək mətləbə.

Əbdürrəhim bəy Haqverdiyev yazıb ki, bir ömür bizlərlə yabı kimi davranıblar. Mədəniyyət, azadlıq arpasından verməyiblər, o səbəbdən hər işimizdə yabılığımızı biruzə veririk. İndi isə keçək mətləbə.

Hələm referendumdan qabaq, camaat arasında “monarxiya”, “kral sabahın xeyr”, “vaxsey krallıq quruldu” deyimləri xəlqin dilindən düşmürdü. Tez-tez də facebook-da, sosial şəbəkədə Nikolay Çauşevskunun xanımı ilə güllələnməsi videosunu bölüşüb, “sizin axırınız bu olacaq”, “sizi bu gözləyir” ifadələri yazıb bölüşürdülər. Güya bir növ rahatlıq tapırdılar. Özlərinə təsəlli verirdilər.

Bunları oxuduqca adam mat-məəttəl qalırdı. Fikirləşirsən ki, nağıllardakı kimi bir sehirli məlhəm ola, gedib Haqverdiyevi dirildib gətirəsən ki, a bəy, sənə bəd xəbərim var. Yazdıqlarının bir damcı belə bu millətə təsiri olmayıb. Xeyri, faydası yoxdur. Yalvarıram o dramlarını, pyeslərini, hekayələrini və ən nəhayət məqalələrini yandır getsin.

Xaiş edirəm, sən də imkan dairəsində, cəmaəti-əhli-kütləni ətrafına yığıb deyəsən ki, atam balası, Çauşeskunun axırına çıxan Rumın milləti olub, bizim millət yox. O millət ki, bu yaxınlarda tökülüşmüşdü şəhərin küçələrinə, ölkədə korrupsiyaya qarşı etiraz edirdi.

Video paylaşmaqnan, hay-küynən, lağ-lağaynan deyil. Sizin yerinizə başqa millət gəlib ölkəni düzəldən deyil. Kişnəməknən yabı at çönüb köhlən olmayacaq.

Sizlər əvvəla orasını fikirləşin. Video paylaşmaqnan, hay-küynən, lağ-lağaynan deyil. Sizin yerinizə başqa millət gəlib ölkəni düzəldən deyil. Kişnəməknən yabı at çönüb köhlən olmayacaq. Yəni ki, yabılığnızı atın qırağa, bəsdirin, reallığı dərk etmək özü də bir müdrüklikdir.

Əvvəla ondan başlayaq ki, Gülər Əhmədova məsələsində artıq hər şey məlum idi. Orta əmək məvacibi iki yüz manat olan ölkədə, günün-günorta vaxtı iki milyona deputat mandatı satılırdı. Həm də sübutla, konkret adlar çəkilirdi. Kimin hansı klandan olmağına qədər. İstənilən ayrı ölkədə, özünü qanan və özünə hörmət eləyən xalq küçələrə tökülərdi. Amma bizdə dar çevrədən ibarət insanlardan savayı, soruşub, deyən olmadı ki, bu nağd pullar bu deputatlarda hardandır? Necə olur ki, adi vətəndaş, səhərdan ta axşamacan, min zülümlə beş yüz manatı iki daş arasından qazanan yerdə, əli cibində, kresloda oturan məmurdan iki milyon pul çıxır. Reallıq isə onun əksini göstərdi. Məlum söhbətdən sonra, yalnız virtual əhalimiz sosial şəbəkədə yabı kimi nərə çəkib kişnədi. Bir müddət də lağlağa, zarafat, mırt vurub söhbəti unutduq və susduq. Oxşar hall bir çox konkret vətəndaş mövqeyi tələb olunan hadisələrdə də öz əksini tapdı.

Bir kərəm, müxalif bəylə yerli hakimiyyət müəllimi arasında debatın şahidi oldum. Gərgin polemikanın sonunda müəllim bəydən sordu ki, sizlər nə vaxt meydana milyonlarla insan çıxartdız ki, biz də onların qarşısın ala bilməyib geri çəkildik?

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

Sənin fikrin

Şərhləri göstər

XS
SM
MD
LG