Keçid linkləri

Təcili xəbərlər

Spirtli içkilərin daha bir zərəri


Davamlı yüksək miqdarda spirtli içki içmək, xüsusilə, kişilərdə damarların erkən yaşlanmasına səbəb ola bilər.

Bu barədə araşdırma Amerika Ürək Assosiasiyasının (American Heart Association) saytında dərc olunub.

Uzunmüddətli tədqiqatda 3890 nəfər iştirak edib. Onların 70 faizindən çoxu kişilər olub. Mütəxəssislər 25 ildir içki içənlərə xüsusi diqqət ediblər.

İştirakçıların damarlarına 4-5 ildən bir nəzarət olunub.

Məlum olub ki, uzun illər həftədə 112 qramdan çox etanol qəbul edənlərdə (1 litr pivədə 40 qr etanol var) damarların elastikliyi azalıb.

Bu insanlarda damar sərtləşərək, normal qan dövranını əngəlləyib.

Mütəxəsisslər bildirirlər ki, həddindən artıq spirtli içki asılılıq, yüksək təzyiq, piylənmə, ürək-damar xəstəklikləri riskini artırır.

Tədqiqatçılar vurğulayırlar ki, ürək-damar xəstəlikləri dünyada ən geniş yayılmış ölüm səbəblərindəndir və ölümlərin üçdə biri bu xəstəliklərin nəticəsidir.

XS
SM
MD
LG