Keçid linkləri

Britaniyanın "The Unseen" şirkəti rəngini dəyişə bilən saç boyası yaratmağa nail olub. Boya tərkibindəki termoxrom piqmentlərin sayəsində, ətraf temperaturun dəyişməsi zamanı rəngini dəyişir. "Forbes" yazır ki, "Fire" ("Alov") adlandırılmış bu qeyri-adi boyalar kolleksiyası London Moda Həftəsi çərçivəsində təqdim edilib.

Termoxrom piqmentlər temperaturdan asılı olaraq rəngini dəyişən maddələr və ya qarışıqlardır. Bir çox maddələr belə xüsusiyyətlərə malikdir. Ancaq rəngin dəyişməsi böyük temperatur fərqləri zamanı baş verir. Ancaq elə termoxrom maddələr var ki, kiçik temperaturlarda da rəngini dəyişə bilir. Rəngini dəyişən fincan, termometr və parçalarda məhz bu maddələrdən istifadə olunur.

Bu qeyri-adi saç boyasının yaradıcıları "The Craft" ("Cadugərlik") filmindəki bir səhnədən ilham alıblar. Bu səhnədə fiulmin qəhrəmanları magiyanın köməyilə saçlarının rəngini dəyişirdilər. Bu vaxta qədər satışda olan termoxrom boyalar dəriyə toksik təsir göstərir. "The Unseen" və şirkətin yaradıcısı Lauren Bowker "Polimer stabilləşdirmə" adlanan prosesin köməyilə bu zərərli təsiri aradan qaldırmağa nail olublar.

Şirkət müxtəlif temperatur diapazonlarında, məsələn, otaq temperaturundan bayır temperaturuna keçən zaman rəngini dəyişən bir neçə boya istehsal edib. İlk dəstə temperatur yüksələn zaman rəngi qırmızıya dəyişən qara, rəngini qaradan ağa, gümüşüdən solğun maviyə, göydən ağa və qaradan sarıya dəyişən boyalar daxildir.

Ancaq boyalar qalıcı deyil. Onlar bir neçə yumadan sonra saçdan yuyulub gedir.

Vimeo şirkəti saç rənginin dəyişməsi prosesinə ais kiçik videolar yerləşdirib.

"The Unseen" yeni məhsulunu kommersiyalaşdırmaq niyyətində olsa da, boyaların istehsalı olə özü məşğul olmayacaq. Şirkət lisenziyanı tanınmış saç boyası istehsalçısına satmaq niyyətindədir.

Bowkerin sözlərinə görə, "Fire" boyaları artıq bu ilin sonunda satışa çıxarıla bilər. Şirkətin sahibəsi qeyd edib ki, bu boyalar nəinki yeniyetmə qızların zövqünü oxşayacaq, həm də onlarda elmə maraq oyada bilər. "Mən həqiqətən inanıram ki, bu məhsul qadınların elmdəki yerini vurğulayır və gənc qızları elm və mühəndislikdə kreativlik imkanlarını görməyə, elmi fantastikanı real həyata gətirməyə həvəsləndirir!" – o deyir.

Bowker boyaların real həyatda necə göründüyünü, ən əsası isə, saxta olmadığını nümayiş etdirmək üçün Instagramda canlı videolar nümayiş etduirmək fikrindədir. "Filmlər o qədər incə hazırlanıb ki, insanlar bunun həqiqi olduğuna inanmırlar", deyə o bildirib.

Sənin fikrin

Şərhləri göstər

Ən son yazılan

XS
SM
MD
LG