Keçid linkləri

Təcili xəbərlər

İki metr hündürlükdə, tullana bilən robot


Boston Dynamics şirkəti yeni robotunu tanıdıb.

Handle adlanan robotun hündürlüyü iki metrdir. Robot saatda 14 km sürətlə hərəkət edə və bir metrə qədər hündürlüyə tullana bilir. Sınqlar zamanı robot, həmçinin, 50 kq yükü asanlıqla qaldırıb.

İstehsalçıların sözlərinə görə, robot bir dəfə enerji yığmaqla 25 km-ə qədər məsafəni qət edə bilir.

Robotun sınaq videosu YouTube-da yerləşdirilib. Videoda robotun pilləkənləri necə düşdüyü, qarlı bir təpədən necə endiyi, hərəkət anında belə tullana bildiyi aydın göstərilib.

Şirkət Handle-ın əşyaları daşımaq üçün hazırlansa da, bacarığı ilə hər işin öhdəsindən gələ biləcəyini bildirir.

2016-cı ilin yayında “Boston Dynamics” şirkəti Spot adlı robot itin daha kiçik versiyasını təqdim etmişdi.

Ən son yazılan

XS
SM
MD
LG