Keçid linkləri

Təcili xəbərlər

New York Times Trampla konfliktindən xeyir götürür


"The New York Times" qəzetinin baş redaktoru Din Baqet (Dean Baquet) bildirib ki, ABŞ prezidenti Donald Trampın (Donald Trump) tənqidləri qəzetin oxucularının sayının artmasına səbəb olub.

«Hər dəfə o, yeni bir tvit dərc edəndə abunəçilərimizin sayı kəskin artır», - deyə Baquet CNN telekanalının efirində bildirib.

O, həmçinin qeyd edib ki, Donald Trumpın qəzeti kəskin tənqid etməsinə bamayaraq indi "The New York Times"ın missiyası «hər zamankından daha aydındır».

«Düşünürəm ki, son bir-iki ay ərzində baş verənlər... xəbər təşkilatları üçün çox böyük əhəmiyyət kəsb edir. Biz hakimiyyətdə dramatik inqilabı işıqlandırırıq və ölkənin necə idarə olunduğu barədə məlumat veririk».

Tramp bundan öncə demişdi ki, "The New York Times" «minlərlə abunəçisini» itirir. O, həmçinin qəzeti yalan yazmaqda ittiham etmişdi. «Uğursuz "The New York Times" mənim barəmdə başdan-ayağa yalan yazır. O, iki il ərzində yanılıb, indi də hekayələr və mənbələr uydurur», - Tramp yazıb.

Fevral ayında The New York Times Co. şirkəti 2016-cı ilin dördünücü rübü ərzində "The New York Times"ın elektron abunəçilərinin sayınn 276 min nəfər artdığını bildirib. Bu isə qəzetin onlayn abunələr satmağa başladığı 2011-ci ildən bəri qeydə alınmış ən yüksək göstəricidir. Ötən ilin son rübündə qəzetin onlayn abunəçilərinin ümumi sayı 1853000 nəfərə çatıb.

Bu müddət ərzində şirkətin onlayn reklam gəlirləri 10,9 faiz artaraq 77,6 milyon dollara çatıb. Bu isə şirkətin ümumi reklam gəlirlərinin 41,9 faizi deməkdir. 2015-ci ilin eyni dövrü ərzində onlayn reklam gəlirləri şirkətin ümumi reklam gəlirlərinin 34,1 faizini təşkil etmişdi.

Şirkətin baş icraçı direktoru Mark Tompson (Mark Thompson) bildirib ki, "The New York Times"ın abunəçilərinin artımı 2017-ci ildə də eyni templə davam edir.

Qarşıdakı illər ərzində qəzet öz siyasi şöbəsini gücləndirmək niyyətindədir. Əsasən paytaxtda baş verən hadisələrə fokuslanan araşdırma jurnalistikasına 5 millyon dollar vəsait ayrılacaq.

Bu addımlar artmaqda olan texnologiya və marketinq investisiyaları ilə birlikdə ötən ilin dördüncü rübü ərzində əməliyyat xərclərinin 5 faiz artaraq 344 milyon dollara çatmasına yol açıb.

Fevralın 24-ü CNN, The New York Times, The Los Angeles Times, Politico və BuzzFeedin müxbirləri Ağ Evdə keçirilən brifinqə butaxılmayıblar. CNN bunu Ağ Evin "qisası" hesab edir. «Bu, Donald Trump administrasiyası tərəfindən atılan qəbuledilməz addımdır. Görünür, onlar bu yolla onların xoşuna gəlməyən məlumatları verdiyimizə görə bizdən qisas alırlar», deyə telekanal bildirib.

Fevralın 18-də Trump öz Twitterində yazıb ki, "The New York Times", ABC, CNN, CBS и NBC Amerika xalqının düşmənləridir.

Bundan öncə CNN, BuzzFeed, "The New York Times" və "The Washington Post" Trumpın seçkiqabağı qərargahının əməkdaşlarının Rusiya ilə əlaqələri barədə materiallar dərc etmişdilər. "The New York Times"ın fevralın əvvəlində çıxmış məqaləsində deyilirdi ki, ABŞ-da prezident seçkilərindən əvvəl Trumpın müşavirləri Rusiya xüsusi xidmətləri ilə əlaqədə olublar. Yanvarın əvvəlində BuzzFeed-in dərc etdiyi dosyedə isə iddia edilirdi ki, Rusiya kəşfiyyatının əlində ABŞ prezidentinə qarşı kompromatlar var. Trumpın özü bu ittihamları saxta xəbərlər adlandırmışdı.

Ən son yazılan

XS
SM
MD
LG