Keçid linkləri

Təcili xəbərlər

Saturn ətrafında qəribə strukturlar


Amerikan aerokosmik agentliyi NASA-nın yaydığı fotolarda Saturn planetini əhatə edən həlqələrdən biri - “F həlqəsi” daxilində qeyri-adi obyektin olduğu nəzərə çarpıb. Fotolar “Kassini” zondunun qaz nəhənginə yaxınlaşdığı zaman çəkilib.

İlk dəfə bu obeyktlər ötən ilin yazında aşkar edilmişdi. Bir il keçsə də yalnız indi “Kassini”nin Saturnun ətrafındakı üzüklərinə yaxınlaşdığı zaman onları daha yaxından müşahidə etmək mümkün olub. Ehtimal edilir ki, onlar ölüçüləri bir neçə yüz metrə çatan kosmik obyektlərdir. Sözügedən obyektlərin Saturnun qravitasiyası təsiri altına düşən asteroid və ya kometlərin də ola bilməsi ehtimal edilir. Çox güman ki, gələcəkdə onlar Prometey – bu planetin sputniklərindən biri tərəfindən məhv ediləcək, buna baxmayaraq mütəxəsisslər bunun baş verməyəcəyini də istisna etmirlər. Bu halda isə onların təsiri altında F həlqəsinin bütün görünüşü dəyişikliyə məruz qalacaq.

Bir ay öncə NASA Saturnun çox yaxın məsafədən çəkilən fotolarını da təqdim etmişdi. Həmin fotolarda bəzən “propeller” adlanan kiçik qasırğa və dalğalar yer alıb. Daha öncə isə planetin şimal qütbündə, atmosferin yüksək qatlarında altıbucaqlı qasırğanın yer aldığı fotolar yayımlanmışdı.

“Kassini” zondu 15 oktyabr 1997-ci ildə kosmosa buraxılıb. 2004-cü ilin 30 iyun tarixində isə stansiya Saturna çataraq bu planetin ilk süni sputniki olub.

Ən son yazılan

XS
SM
MD
LG