Keçid linkləri

Sosial media sürətli şəkildə bir çox insanın ilkin xəbər qaynağına çevrilir. Bu, oxuduğumuz xəbərin, məqalənin və ya baxdığımız videonun, fotonun nə qədər yayılmasıyla (viral olmasıyla) bağlıdır.

Son zamanlar oxuduğunuz bir hekayəni və ya baxdığınız hər hansı videonu, fotonu paylaşmısınızsa, həmin materialın ətrafa, daha çox insana yayılmasına qatqınız olub. Bəs necə olur ki insan nəyisə paylaşmaq qərarına gəlir?

Psixoloqlar nəyisə paylaşmazdan əvvəl beynimizdə hansı proseslərin getdiyini araşdırıblar. Pensilvaniya Universitetinin araşdırmaçıları insanlar New York Times qəzetindən sağlamlıqla bağlı 80 məqalə başlığı, məzmundan hissələr oxuyan zaman onların beyinlərinin aktivliklərini izləyiblər.

Tədqiqatçılar hansı tip materialların daha populyar ola biləcəyini üzə çıxarıblar. Araşdırmaçıların sözlərinə görə, insanlar daha çox özlərinin şəxsi təcrübələri, müşahidələriylə əlaqəli, kim olduqları və ya kim olmaq istədikləriylə bağlı yazıları oxumağa, paylaşmağa maraq göstərirlər.

Onlar münasibətlərini inkişaf etdirən, özlərini daha ağıllı və ya empatik göstərən, pozitiv notlar aşılayan şeyləri paylaşmağa daha çox meyl edirlər.

Tədqiqat iştirakçıları materialı oxuyub başqaları üçün paylaşdıqlarını desələr də, həmin an onlar həm özləri, həm də başqaları haqqında düşünüblər.

Sənin fikrin

Şərhləri göstər

Ən son yazılan

XS
SM
MD
LG