Keçid linkləri

Təcili xəbərlər

Slavoj Zizek – Kapitalizm sıfır nöqtəsində


Slavoj Zizek
Slavoj Zizek

Yəqin Slavoj Zizeki çoxumuz tanıyırıq. Məhşur Slovak marksist, filosof, sosioloq, yazar. Günümüzün sosialist dahilərindən biri. Bəlkə də birincisi. İki gün əvvəl Zizekin kapitalizmlə bağlı bir video müsahibəsinə baxdım. Zizek bu müsahibədə “Living in the end times” kitabında yazdığı, kapitalizmin ölümcül böhranından danışır. Zizek böhranın yaranma səbəbini, kapitalist sisteminin təməlini araşdırıb, onları filmlərlə əlaqələndirməyin məntiqli olduğunu deyir. Məsələn, Zizekə görə mövcud sosial sistemi qorumaq üçün aparıcı kapitalist dövlətlər insanlara yalan məlumatları ötürür. Bunun əsas səbəbi isə, dünyadakı böhran, liberalizmin radikal dinlərin qarşısında çöküşü və dünya maliyyə böhranıdır.

Bir az haşiyəyə çıxaq. 10-15 il əvvəl biz fantastik filmlərdə gördüyümüz, inanılmaz dediyimiz hadisələri bu gün real şəkildə görürük. Çəkilən başqa filmlər bu gün real görünməyənlərin bir gün real olacağını göstərir.

Bir az haşiyəyə çıxaq. 10-15 il əvvəl biz fantastik filmlərdə gördüyümüz, inanılmaz dediyimiz hadisələri bu gün real şəkildə görürük. Çəkilən başqa filmlər bu gün real görünməyənlərin bir gün real olacağını göstərir. Qısaca, 20 il əvvəl fantastik filmlərdə gördüyümüz, inanılması mümkün olmayan şeyləri bu gün real şəkildə görürük və bu gün çəkilən daha inanılmaz dediyimiz hadisələrin gələcəkdə olma ehtimalı hər gün daha da artır.

Bu artımın səbəbi elmi və texnoloji yeniliklərin əsasında insanın real olmayanı arzulamağı durur. Hansı ki, bu arzu 10 illərdi insanlara real olmayanı real edib təqdim edir. Kapitalizmin formalaşdırdığı sistemin yaratdığı dəyişikliklər hər gün daha da sürətlənir. Bu gün 30 yaşında bir insanın özündən yaşca kiçik ilə söhbətində “dünya bizim vaxtda belə deyildi” deməyə haqqı var, çünki 20 il əvvəl günümüzün ayrılmaz parçası olan internet yox idi. Əmin olduğumuz şey dünyanın fasiləsiz dəyişdiyi (əvvəlkindən daha sürətli) insanların artıq buna öyəncəli hala düşməyidir. İllər əvvəl müvcud sistemi qorumağa çalışan siyasi düşünürlər bu gün daha yeni dünya yaratmaq üçün çalışırlar.

Kapitalizmin sıfır nöqtəsinə çatıb məhv olması kimin üçün real görünür? Bu gün elmi araşdırmalara şans verən kapitalizm, 150 il əvvəl qul ticarətinə şans verən kapitalizmlə eyni düşüncəni daşımır. Ancaq elmi və iqtisadi sahədə uğurlar qazandıracaq araşdırmalara milyardlar ayrılır.

Məsələn, bu gün o araşdırmaların nəticəsidir ki, kənd təsərrüfatı sahəsində soyuğa daha davamlı kartof yetişdirmək üçün şimal qütbündəki balıqdan alınan genlərin kartofa verilməsi ilə soyuğa daha davamlı kənd təsərrüfatı məhsulu yetişdirilir. Bunun kimi yüzlərlə misal var...

Məsələn, bu gün o araşdırmaların nəticəsidir ki, kənd təsərrüfatı sahəsində soyuğa daha davamlı kartof yetişdirmək üçün şimal qütbündəki balıqdan alınan genlərin kartofa verilməsi ilə soyuğa daha davamlı kənd təsərrüfatı məhsulu yetişdirilir. Bunun kimi yüzlərlə misal var ki, alimlər dövlətdən kredit alaraq araşdırmalarını həyata keçirirlər. Hansı ki, dövlətin verdiyi bir kredit sabah ona 10 qat artıq geri qayıdır - əsas odur araşdırma kapitalizmə gəlir gətirsin. Yəni bu gün kredit almaq istəyən insan dövlətdən süni intellekt sahəsini araşdırmaq üçün kredit, başqa biri isə tarixi araşdırmaq üçün kredit istəsə, şübhəsiz kapitalist sistemin hakim olduğu dövlət krediti süni intellekt araşdırmasına verəcək. Mövcud şərait bunu tələb edir.

Mövcud vəziyyətdə özünü ayaqda saxlamağın ancaq elmi uğur eldə etməklə mümkün olduğunu dərk edən kapitalist sistemli ölkələr bu uğurları əldə etmək üçün elm adamlarına nə qədər istəsələr pul çap edib verəcəklər. Çünki bu uğurlar kapitalizmi ayaqda saxlayan tək qüvvədir. Yox əgər elmi kəşflər dinamik sürətini itirsə, bu, kapitalizmi də zaman-zaman böhranla üzləşdirəcək. Böhranla üzləşmək isə sıfır nöqtəsinə çatmaq, məhv olmaq demək deyil.

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

XS
SM
MD
LG