Keçid linkləri

Təcili xəbərlər

Günə 10 meyvə-tərəvəz xərçəng riskini azaldır


London İmperial kollecinin alimləri apardıqları 95 tədqiqatın nəticlərini analiz ediblər. Mütəxəssislərə görə, meyvə-tərəvəzlərin gündəlik qəbulu ürək xəstəliklərini, insult, xərçəng və erkən ölüm hadisələri hallarını azaldır. Gün ərzində əgər 800 qramdan az olmayaraq (təxminən 10 porsiya) tərəvəz və ya meyvə qəbul edilərsə, riskin maksimal dərəcədə aşağı enməsinə nail olmaq olar.

Aparılan tədqiqatda müxtəlif ölkələrdən olan 2 milyona yaxın insan iştirak edib. 43 000 ürək xəstəliyi, 47 000 insult, 81 000 ürək-damar xəstəlikləri, 112 000 xərçəng və 94 000 ölüm halı qeydə alınıb. Alimlər aşkar ediblər ki, 7.8 milyon erkən ölüm hallarının qarşısını gün ərzində 800 qram meyvə-tərəvəz qəbulu ilə bunun qarşısını almaq olardı.

Gün ərzində 20 qram (2.5 porsiya) meyvə-tərəvəz qəbulu ürək xəstəliklərini 16%, insultu 18%, ürək-damar xəstəliklərini 13%, xərçəngi 4%, erkın ölüm hallarını isə 15% azaldır. Bundan əlavə, alimlər həmçinin hansı meyvə-tərəvəzlərin faydalı olduğunu da öyrəniblər. Bunlar alma, armud, sitrus meyvələri, salat və yaşıl yarpaqlı tərəvəzlər, məsələn, ispanaq, kahı və kasnı, həmçinin brokoli və rəngli kələmdir.

“Bu araşdırma demək olar ki, bizə məlum olanı bir daha təsdiq etmiş olur. Gün ərizndə 10 porsiya meyvə-tərəvəzin qəbulu ürək və xərçəng xəstəliklərini minimuma endirir. Lakin sual ondan ibarətdir ki, bizim orqanizmimiz bu porsiyanı qəbul etmək qabiliyyətindədirmi? Məncə, yox”, deyən Kembric həkimi Mayk Knepton (Mike Knapton) onu da əlavə edib ki, bir çox insanlar gün ərzində 5 porsiya da qəbul etmirlər, onlardan 10 porsiya meyvə-tərəvəz yeməyi gözləmək real deyil.

XS
SM
MD
LG