Keçid linkləri

Dünyanın ən böyük video izləmə platforması YouTube özünün televiziya xidmətini tanıdıb.

Xidmət ənənəvi kabel televiziyasına qoşulmaq istəməyən istifadəçilərə bir sıra kanalların yayımını təqdim edəcək.

YouTube TV ayrıca bir mobil proqram kimi mövcud olacaq. İzləyicilər ayda 35 dollar ödəməklə, ABC, NBC, CBS, FOX kimi dörd əsas şəbəkə ilə yanaşı, 35 kabel kanalına baxa biləcəklər.

Qiymətə altı ayrıca hesab yaratmaq olar. Beləcə, ailənin hər bir üzvü öz istəklərinə görə ayarlanmış, şəxsi bir hesaba sahib olacaq.

İstifadəçilər sevdiyi verilişləri saxlayıb, 9 ay içərisində istədikləri vaxt baxa da bilərlər.

YouTube TV-yə iOS, Android platformalı cihazlarla yanaşı, Google Chromecast olan televizorlardan da qoşulmaq olacaq.

Xidmətə qoşulanlar videoları reklamsız izləməyə, yükləməyə, internetsiz də baxmağa imkan verən, eksklüziv məzmunların da yer aldığı ödənişli YouTube Red-dən də faydalana biləcəklər.

YouTube TV-nin nə vaxt istifadəyə veriləcəyi tam açıqlanmasa da, onun əvvəlcə iri şəhərlərdə əlçatan olacağı bildirilir.

Sənin fikrin

Şərhləri göstər

Ən son yazılan

XS
SM
MD
LG