Keçid linkləri

Təcili xəbərlər

“Büst etirazları”na dair


Məmməd Əmin Rəsulzadənin Gəncə şəhərində abidəsi.
Məmməd Əmin Rəsulzadənin Gəncə şəhərində abidəsi.

Həftəni Mikayıl Müşfiqin büstünün dağıdılması xəbərinin yaratdığı fırtına ilə başa vururuq.

Elə bir fırtına ki, az qala, hətta cəbhədəki gərginliyin belə, önünə keçdi.

... aylar öncə Bakının mərkəzində - “Sovetski”də istər tarixi, istərsə memarlıq baxımından qiymətli binlar buldozerlərin qabağına verilərkən kiçik istisnalarla, böyük çoxluq səssiz qaldı.

Osa aylar öncə Bakının mərkəzində - “Sovetski”də istər tarixi, istərsə memarlıq baxımından qiymətli binlar buldozerlərin qabağına verilərkən kiçik istisnalarla, böyük çoxluq səssiz qaldı.

Məsələn, Müşfiq kimi repressiya qurbanına çevrilən mədəniyyətimizin böyük simalarından biri Abbas Mirzə Şərifzadənin yaşadığı, həm də arxitektura baxımından dəyərli bina uçurularkən buna tək-tük adamları çıxmaq şərti ilə reaksiya verilən tapılmadı.

Əcəba, niyə?

Ona görəmi ki, “Sovetski”dəki belə binaların yıxılması ən yuxarı səviyyədə razılığı verilən proyektin – Bakını öz gerçək kimliyindən, ruhundan qoparıb “Yeni Dubay”a çevirmə planının tərkib hissəsi idi, belədə isə etiraz KİMLƏRİNSƏ xoşuna gəlməyə, hiddəti ilə qarşılana bilərdi?

...uzun müddət Gəncədə Rəsulzadənin büstünün başına torba keçirdilər. Eyni “ümummilli etiraz”ı orda niyə görmədik. Orda niyə bu cür reaksiyalar olmadı?

Yaxud, uzun müddət Gəncədə Rəsulzadənin büstünün başına torba keçirdilər. Eyni “ümummilli etiraz”ı orda niyə görmədik. Orda niyə bu cür reaksiyalar olmadı?

Ona görəmi ki, Rəsulzadə mövzusu rejim üçün həssas mövzudur və bu səbəbdən də özünü “yandırmağa” dəyməz?!

Müşfiqin büstünün dağıdılmasına etiraz təbii ki, xoşdur, amma görünən odur, bu etirazı coşduran, kütləviləşdirən onun təhlükəsiz olmasında idi.

Necə ki, sonradan hakimiyyət rəsmilərinin etirazçılarla eyni səngərdən reaksiyası da bu ehtimalı doğrultdu.

Əks halda, məntiqlə, büstə görə səfərbirlik elan edənlərin mütləq qismi eyni etiraz ruhunu illər uzunudur büdcənin dağıdılmasına qarşı da sərgiləməli deyildilərmi?

***

“Büst etirazları” bir maraqlı məqamı da ortaya qoydu.

O qəzetlər, saytlar ki, hələ də ölkənin müxalif, tənqidçi kəsiminin sıralarında 30-cu illər ruhunda “vətən xaini”, “xalq düşməni” axtarışı ilə məşğuldurlar, onlar Müşfiqin büstü uğrunda barışmaz mübarizə aparırdılar!

... bunlar 30-cu illərdə yaşasaydılar, elə Müşfiqlərin, Abbas Mirzələrin, Cavid əfəndilərin... təftişçiliyi ilə məşğul olar, səhifələrini onlara qarşı donoslarla doldurar və bütün bunları “milli maraqlar”, “dövlətçilik mənafeyi” kimi ibarələrlə ört-basdır etməyə çalışardılar!

Gəl gör ki, bunlar 30-cu illərdə yaşasaydılar, elə Müşfiqlərin, Abbas Mirzələrin, Cavid əfəndilərin... təftişçiliyi ilə məşğul olar, səhifələrini onlara qarşı donoslarla doldurar və bütün bunları “milli maraqlar”, “dövlətçilik mənafeyi” kimi ibarələrlə ört-basdır etməyə çalışardılar!

Ancaq indi Müşfiqin büstünün qeydinə qalırlar.

Güləsən, ağlayasan, ya neyləyəsən?!

***

Bir neçə kəlmə də Mədəniyyət və Turizm Nazirliyinin “büst etirazları”nın ən radikal, sərt parçasına çevrilməsi haqqında.

Eyni nazirlik Bakının mərkəzində tarixi-memarlıq baxımından dəyərli binalar sökülərkən nəinki tamamilə səssiz qalmışdı, hətta buna icazə vermişdi.

Amma indi yeri-göyü inlədirdi. Ki, “bəs büstü götürərkən niyə bizdən icazə almayıblar?!” Niyə də alsınlar ki?

Amma indi yeri-göyü inlədirdi. Ki, “bəs büstü götürərkən niyə bizdən icazə almayıblar?!”

Niyə də alsınlar ki?

Baxıb görürlər, o büst qədər, o büstdən də artıq mənəvi qiyməti olan binalar dağıdılarkən, yerləbir edilərkən buna “hə” demisiniz, fikirləşiblər, nə gərək var, onsuz da yenə razılaşcaqlar.

Bakını, onun tarixi kimliyini, çoxəsrlik mənəvi ruhunu zövqsüz, bayağı bir “Yeni Dubay” projesinə qurban verməyə razılaşdıqdan sonra Mədəniyyət və Turizm Nazirliyindən kimin fərqli, başşqa gözləntisi ola bilərdi ki?!

***

Və sonda:

Mikayıl Müşfiqin büstünə qarşı məlum davranış, şübhəsiz, qəbuledilməzdir. Hətta hakimiyyət rəsmilərinin də dediyi kimi, əlbəttə, barbarlıq və vandalizmdir. Əlbəttə, onun ikinci dəfə - bu kəs mənəvi güllələnməsidir.

Amma daha önəmlisi də var.

Buna etiraz edərkən, Azərbaycanda yenidən 37-ci il küləklərinin əsdirilməsinə, Müşfiq yaşındakı, hətta ondan yaşca kiçik gənclərin düşüncələrinə, fikirlərinə görə repressiya edilməsinə, həbsxanaların siyasi və vicdan məhbusları ilə doldurulmasına da səssiz qalmamaq, buna “yox” demək lazımdır.

Müşfiqin timsalında unutmamaq lazımdır ki, dünən “xalq düşməni” sifəti ilə haqsız mühakimə olunub cəzalandırılmaq bir şeyi dəyişmir.

Tarixi ədalət onsuz da gec-tez yerini tutur.

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

XS
SM
MD
LG