Keçid linkləri

Təcili xəbərlər

Ölən yaxınlarınız smartfonda canlanacaq


Cənubi Koreya firmalarından biri qeyri-adi mobil proqram hazırlayıb. Proqram istifadəçilərə ölmüş dostları və ya ailə üzvləri ilə selfi çəkməyə, onlarla söhbət etməyə imkan verəcək.

“With me” (mənimlə) adlanan proqram 3D və artırılımış reallıq texnologiyasıyla ölən insanın modelini, şəxsiyyətini yenidən yaradır.

Müəlliflərin sözlərinə görə, yeni texnologiya yaxınlarını itirmiş və hayata davam etməkdə çətinlik çəkən insanları ovutmaq üçün hazırlanıb.

3D foto-realistik avatarlar insanın gerçək obrazını yaradır. İstifadəçi bu avatarla söhbət də edə bilir. 3D model istifadəçinin baxışlarını və mövqeyini də müəyyən edir.

Süni intellekt sayəsində avatar istifadəçinin üzünü, səsini tanıyır, onun şəxsi bilgilərini də xatırlayır. İnsanın görüntüsündə, emosinal vəziyyətində hansısa dəyişiklik olanda virtual obraz bunu hiss edir və ona deyir.

İstifadəçi əvvəlcə avatarını yaratmaq istədiyi insanı proqramla skan etməlidir.

Firma nümayəndələri bildirirlər ki, proqramdan uzaqda yaşayan bir dostuyla və ya məşhur biriylə foto çəkdirmək istəyən insanlar da faydalana bilərlər.

Xidmət bu ilin sonundadək tam istifadəyə veriləcək.

Ən son yazılan

XS
SM
MD
LG