Keçid linkləri

Təcili xəbərlər

2.6 milyon avroluq Bugatti


Bugatti Chiron
Bugatti Chiron

Bugatti artıq sifarişçilərinə 3 Chiron super sportkarını göndərib, 2017-ci ildə isə bu avtomobillərin sayı 65-70 ədəd olacağı gözlənilir.

Avtomobillərin yığılması prosesinin ləng getməsi çox sadə şəkildə izah edilir: avtomobil əllə yığılır, çox mürəkkəb texnologiya ilə keyfiyyətin bir neçə mərhələli şəkildə yoxlanma prosesi gedir.

Ümumilikdə Chiron-ların sayı cəmi 500 ədəd olacaq. Bugatti artıq 200 ədəd avtomobil üçün ödənişi alıb. Şirkətin rəhbəri Volfqanq Drürhaymerin sözlərinə görə, müştərilərin çoxusu ancaq bir avtomobil sifariş edirlər. Buna baxmayaraq, bir alıcı 6 ədəd Chiron üçün ödəniş edib - “özü və ailə üzvləri üçün”. Şirkətin rəhbəri onu da qeyd edib ki, belə sifarişlərə heç bir endirim edilmir. Onu da qeyd edək ki, əgər indi şirkətə zəng edib ilkin ödəniş edib Chiron avtomobilini özünüzə sifariş versəniz, onu ən yaxşı halda yalnız 3 il sonra əldə edə biləcəksiniz.

Chiron idman avtomobili W16 mühərriki ilə təchiz ediləcək. Mühərrikin gücü 1500 at gücünə malikdir ki, bu da 2.5 saniyədə ərzində avtomobilin sürətini saatda 0-100 km-ə çatdırır. 13.6 saniyədə isə o saatda 300 km-ə çatır. Avtomobilin maksimal sürəti saatda 420 km-ə bərabərdir.

İl ərzində 70 avtomobil istehsal etməklə, şirkətin hesablamalarına görə, 500 superkar olan bu sport avtomobilləri 2024-cü ildə tam hazır olacaq.

Ən son yazılan

XS
SM
MD
LG