Florida Qida və Kənd Təsərrüfatı Elmləri Universiteti mövsümi allergiya ilə mübarizədə probiotik kombinasilayarını qəbul etməyi tövsiyə edir. Mütəxəssislərə görə, bu, mövsumi allergiyanın kəskinləşdiyi dönəmdə sipmtomları aşağı salır.
Məlumdur ki, probiotiklər allergenlərə qarşı immun cavabını tənzimləməyə qadirdirlər. O da həqiqətdir ki, probiotiklərin hamısı lazımi təsiri göstərmir. Xoşbəxtlikdən alimlərin aşkar etdikləri kombinasiya laktobasil və bifidobakteriyadır (adətən Kyo-Dophilus kimi satılır). Bunlar istifadə etdiyimiz qatıq kimi məhsulların tərkibində çoxdur. Güman edilir ki, bu kombinasiya immun T-hüceyrələrinin nizamlayıcısı kimi işləyir.
Alimlər probiotiklərin təsirini mövsümi allergiyadan əziyyət çəkən 173 nəfər könüllünün iştirak etdiyi təcrübədə yoxlayıblar. İştirakçılar iki qrupa bölünüb. Birinci qrup probiotik, ikinci qrup isə plasebo qəbul edib. Səkkiz həftə ərzində könüllülər öz səhhətləri haqda məlumat veriblər. Bu müddət ərzində həmçinin DNT analizi götürülüb və mikrofloranın dəyişikliyi yoxlanılıb.
Nəticədə birinci qrup iştirakçıları özlərini daha yaxşı hiss etməyə başlayıblar, mikroflorada da dəyişikliklər müşahidə edilib. Baxmayaraq ki, təcrübədə kəskin allergiyası olan iştirakçılar olmayıb, alimlər yenə də əmindirlər ki, allergiyadan əziyyət çəkənlər allergiya mövsümündə probiotiklərin istifadəsindən faydalana bilərlər.