Keçid linkləri

Təcili xəbərlər

100 ilə Venesiya suyun altında qalacaq


İtaliya Milli Geofizika və Vulkanologiya İnstitutunun, eləcə də müxtəlif İtaliya və Fransa universitetlərinin professorlarının yeni araşdırması bunu deməyə imkan verir.

Araşdırmaya görə, havaya buraxılan zərərli qazlar azaldılmasa, bir əsrə Venesiya və İtaliyanın Adriatik dənizinin şimal sahillərindəki ərazilərinin böyük bir qismi su altında qalacaq.

Mütəxəssislər bildirirlər ki, 2100-cü ilə qədərə Aralıq dənizinin səviyyəsinin 90 sm-dən 140 sm-ə qədər qalxması bir çox İtalyan şəhərlərini sel təhlükəsi altında qoyacaq.

Müqayisə üçün deyək ki, son 1000 ildə dənizin səviyyəsi 30 sm artıb.

Fəlakətin səbəbi qlobal istiləşmənin gətirdiyi iqlim dəyişmələri olacaq. Yüksək tempereturun suyu genişləndirməsiylə yanaşı, qütb buzlarının əriməsi də dəniz səviyyəsinin qalxmasına gətirib çıxarır.

Araşdırmaçılar İtaliyanın 33 bölgəsinin risk altında olduğunu vurğulayırlar.

Ən son yazılan

XS
SM
MD
LG