Keçid linkləri

Təcili xəbərlər

Metroda mutaliə


Döngəni burulub keçidin yanındakı kitab dükanına çatıram. Başı məchul bir telefon oyununu səylə oynamağa qarışmış satıcının yanında dayanıram. Ağımtıl yaşıl rənglənmiş köhnə rəflərdə çəpinə və eninə düzülmüş kitab sıralarını nəzərdən keçirirəm. Diqqətimi iki əsər cəlb edir – Dostoyevskinin “Ölü evdən qeydlər” və Kutzeenin “Barbarları gözləyərkən”. Qiymətinə baxıram. Bu dəfə ikisini də almağa pulum yoxdur. Seçim etməliyəm. Hansını? Qərar verə bilmirəm. Qoy püşk müəyyən etsin. Dəmir pul havada fırlanaraq ani parıltıyla ovcuma düşür. Satıcı oyundan ayrılıb təəcüblə mənə baxır. Eybi yox, qoy bu dəfə olsun klassik ədəbiyyat.

Yeni təmir olunmuş metronun işıqlı perronunda əlimi çantama atıram. Ehmalca “yol yoldaşımı” əlimə götürürəm. Bu, bir az əvvəl aldığım həmin o kitabdır.

Yeni təmir olunmuş metronun işıqlı perronunda əlimi çantama atıram. Ehmalca “yol yoldaşımı” əlimə götürürəm. Bu, bir az əvvəl aldığım həmin o kitabdır.

Metroda kitab oxumağın müxtəlif özəllikləri var. Yeraltı dünya tanrısı Aidin səltənətində bu, mənə ev və iş arasındakı 9 stansiyalıq gündəlik marşrutun darıxdırıcı özəlliklərini dəf etməyə kömək edir.

Hər şey ilk baxışdan göründüyü qədər asan və rahat deyil. Qatara daxil olarkən basabas və vur-çatlasın içərisində bir sərkərdə uzaqgörənliyi ilə qərar qəbul edib kitab oxumaq üçün uyğun yer seçməlisən. Əks halda 40 dəqiqəlik uzun yolda, kiminsə yorğun və bikef üzü, digərinin boşboğazlığı səni təqib edəcək. Mən adətən bunun üçün kürəyimi “söykənməyin” yazılmış istifadəsiz qapıya söykəyirəm. Bu mövqe digər yerlərdən nisbətən əlverişlidir. Kitab oxumağa dalarkən fiziki bədənimiz yırğalanaraq tunellə hərəkət edən qatarda olsa da, şüurumuz zaman və məkan səddini aşaraq əsərin içinə baş vurur...

Bu zaman müxtəlif hadisələr baş verə bilər. Bəzən qaşqabaqlı biri təsbehini burnunun ucunda oynadaraq deyir: - Qərdeşim, nə oxuyursan belə, avtoritetlərdən yazıblar?

Bu zaman müxtəlif hadisələr baş verə bilər. Bəzən qaşqabaqlı biri təsbehini burnunun ucunda oynadaraq deyir:

- Qərdeşim, nə oxuyursan belə, avtoritetlərdən yazıblar?

Başımla təsdiq edirəm.

İki oğlan yanımda dayanır. Biri dirsəyi ilə dümsükləyir:

- Kim haqqında oxuyursan?

Qatarın yeknəsəq səsinə qarışan səsim zəifləyərək inamsız səslənir:

- Qoqol.

Gülüşmə səsi eşidilir:

Ala sən qoğalı hələ indi başlamısan?

Digəri oxuduğum əsəri haradan və neçəyə aldığımı dəqiqləşdirir və hətta kitabın fotoşəklini də çəkir.

Beləliklə mütaliə zamanı özün də xəbərin olmadan diqqəti cəlb edirsən, istəmədən və bilmədən kitab satışının havayı işləyən reklam agentinə çevrilirsən. Istənilən halda, metroya minərkən özünüzlə kitab götürün, bu ən faydalı məşğuliyyətdir....

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

XS
SM
MD
LG