Facebook yalan və ya özünün adlandırdığı kimi “mübahisəli” (disputed) xəbərləri işarələməyə başlayıb.
Bu xəbərdarlıq nişanı gerçəkdə əsası olmayan yazılara qarşı yönəlib.
Sosial şəbəkə hələ ötən ilin dekabrında “mübahisəli” nişanını istifadəyə verəcəyini vəd etmişdi.
Yeni nişan Facebook-un saxta xəbərlərdən qurtulmaq planının bir hissəsdir. Çünki Amerikada son prezident seçkilərinin nəticələrində sosial şəbəkədə yayılan əsassız informasiyaların rolu olduğu düşünülürdü. Beləcə, Facebook bu söz-söhbətlərə son qoymaq niyyətindədir.
Yalan bir xəbəri nişanlamaq üçün istifadəçilər postun sağ üst hissəsində yerləşən bölməyə tıklamalıdırlar. Facebook-un daxili alqoritmi də saxta xəbərləri üzə çıxarmağa imkan verir.
İstifadəçilər tərəfindən “mübahisəli” kimi işarələnən xəbərlər, məqalələr fakt yoxlama təşkilatlarına göndəriləcək. Yazının dezinformasiya olduğu təsdiqlənərsə, “mübahisəli” kimi işarələnəcək və səbəbi açıqlayan bir məlumat linki olacaq.
Yalan olduğu təsdiqlənən xəbərləri paylaşmaq istəyən istifadəçilərə əmin olub olmadıları soruşulacaq.