Keçid linkləri

Təcili xəbərlər

Qəhvəni daha faydalı etməyin yolları


Alimlər tövsiyyə edirlər ki, qəhvəni daha faydalı etmək üçün ona kakao əlavə etmək lazımdır. Bu yolla sinirləriniz sakitləşəcək, işinizə diqqətiniz daha da artacaq. Mütəxəssislər dörd isti içkini sınaqdan keçirərək onların verdikləri effektləri yoxlayıblar. Onlardan biri kakao, ikincisi kofein, üçüncüsü kakao və kofeinin qarışığı, dördüncü isə sadə plasebo (kakao və ya kofeinsiz) olub.

İlk olaraq içkilərə xüsusi dadlandırıcılar da əlavə edilib, təcrübədə iştirak edənlər illər ərzində bu içkilərdən istifadə edən könüllülərdən ibarət olub. Könüllülərə isə burunlarını yummaq tövsiyə edilib ki, içkilərin ətirlərini duymasınlar. Beləliklə, könüllülərdən hər içkini içdikdən sonra onlara “ağıl gücü”nü yoxlamaq üçün testdən keçmək təklif edilib.

Nəticədə məlum olub ki, kakao içən şəxslərin verilən testlərə reaksiyası daha sürətli olub. Bundan başqa, kakao əlavə edilmiş qəhvəni içən şəxslərin göstəriciləri daha yüksək olub. Əsas məsələlərdən biri də odur ki, qəhvənin orqanizmə verdiyi xoşagəlməz təsiri kakao zəiflətməyə nail olub. Kakao beyinə qan axınını gücləndirərək diqqət göstəricilərini və dərketmə qabiliyyətini daha da gücləndirir. Məhz bu kakaonun sirridir.

Onu da qeyd etmək lazımdır ki, kofein insanların əhvalına mənfi təsir göstərib. Plasebo qəbul edən qrupdakı iştirakçılarla müqayisədə yalnız qəhvə içən iştirakçılar daha aqressiv olublar. Lakin kakao əlavəsi ilə emosiyaların intensivliyi azalıb, kin və həyəcan dərəcəsi də zəifləyib.

XS
SM
MD
LG