Keçid linkləri

Y Combinator startap akseleratoru Startup School adlı pulsuz onlayn kursa qeydiyyatın başlandığını elan edib. Qurumun bloqunda belə deyilir.

Aprelin 5-də başlayacaq proqram on həftəlik mühazirə kursundan ibarətdir. Dərslər hər həftənin çərşənbə axşamı günü keçiriləcək. Təşkilatçılar mühazirəçilər arasında WhatsApp, Stripe, Reddit, Twitch, Quora, Facebook kimi tanınmış şirkətlərin rəhbərlərinin və bir sıra başqa iş adamlarının olduğunu deyirlər.

Proqram çərçivəsində mühazirəçilər ideya axtarışı, startap və yeni məhsulların buraxılması, yeni istifadəçilərun cəlb edilməsi, investisiyalar və s. kimi sahələrə dair məsləhətlər verəcəklər.

Mühazirələr Startup School saytında bütün istifadəçilərə açıq olacaq. Saytda artıq kursların proqramları dərc edilib. Y Combinator bundan başqa artıq öz layihələri üzərində işləyənlər üçün ayrıca seksiya açacaq. Qeydiyyatdan keçmiş iştirakçılar qruplara bölünəcək. Hər qrupa ayrıca mentor təhkim ediləcək. Mentorlar akseleratorun məzunlarından seçilir.

Həftədə bir dəfə mentorlar qeydiyyatdan keçmiş iştirakçılarla əlavə onlayn konsultasiya keçirəcəklər. Proqramın sonunda onlar öz məhsullarını digər iştirakçılara və proqramın təşkilatçılarına təqdim edə biləcəklər.

Y Combinator Startup School tədris proqramını hər il təşkil edir. Ancaq əvvəllər bu görüşlər akseleratorun bazasında həyata keçirilidi. 2017-ci ildə isə təşkilat onlayn kurslara başlamaq qərarına gəlib. 2014-cü ildə Y Combinator-un prezidenti Sam Altman Stanford Universitetinfə startaplara həsr olunmuş kurs keçirib. StartupSchool.org həmin kursun əsasında yaradılıb.

Mühazirələrin çəkilişi Stanford Universitetində baş tutacaq.

Sənin fikrin

Şərhləri göstər

Ən son yazılan

XS
SM
MD
LG