Keçid linkləri

Təcili xəbərlər

Avtomobil istehsalında 3D printer dövrü


3D printerlər kiçik şeylərin hazırlanmasında əvəzsizdir, bəs böyük avtomobil hissələrində necə?

Ford şirkəti iri avtomobil hissələrinin 3D printerlə çapını sınaqdan keçirir. Şirkətin xüsusi sifarişi ilə Stratasus İnfinity Build adlı nəhəng 3D printer hazırlanıb.

Ford qurğunun tək parçalı, geniş avromobil hissələrini çap edə biləcəyini iddia edir.

İstənilən detalın çapı üçün əvvəlcə onun kompüterdə rəqəmsal modeli yaradılır. Sonra dizaynı dəyərləndirmək üçün modelin xüsusiyyətləri printerə ötürülür. Sonda, 3D printer detalları hisəbəhissə çap edir.

Material sona yaxınlaşanda sistem dərhal reaksiya verir, robot boş qabı materialla doldurur. Bu, qüsursuz və fasiləsiz sapa imkan verir.

Nəticələr göstərir ki, çap olunmuş detallar yanacaqdan qənaətlə və effektiv istifadəyə imkan verir. Hissələrin çapı həm də ucuz və sürətli başa gəlir.

Bu yeni istehsal prosesi Ford-un Miçiqanda yerləşən araşdırma innovasiya mərkəzində gerçəkləşdirilir.

Ən son yazılan

XS
SM
MD
LG