Keçid linkləri

Təcili xəbərlər

At sürmək uşaqlarda şüurun inkişafına yardım edir


At belində gəzinti uşaqlar üçün nəinki yalnız xoş vaxtkeçirmə, həmçinin faydalı da ola bilər. Məsələ orasındadır ki, bu gəzinti zamanı yaranan vibrasiyalar simpatik sinir sistemini aktivləşdirdiyinə görə uşaqların daha yaxşı oxumasına yardımçı olur. Tokio Kənd Təsərrüfatı universitetinin alimləri apardıqları tədqiqatlardan sonra bu qənaətə gəliblər.

Təcrübədə səhhəti normal olan 10-12 yaş arası, 34 oğlan və 72 qız iştirak edib. Uşaqlar 3 qrupa bölünüblər (atda gəzinti, sadə gəzinti və istirahət edən qruplar).

Alimlər uşaqlarda davranış reaksiyaları ilə yanaşı, ağıl fəaliyyəti prosesini də müşahidə ediblər. Atda gəzinti ilk növbədə uşaqların yerləşdikləri məkanda doğru istiqamətləndirmə qabiliyyətini yaxşılaşdırıb. Arifmetik məsələlərin həllində də müsbət dəyişikliklər qeydə alınıb, lakin birmənalı şəkildə bu prosesin riyazi qabiliyyəti artırmasını tam əminliklə demək də mümkün deyil.

Mütəxəssislər onu da qeyd edirlər ki, təcrübədə yer alan tapşırıqlar çox asan olub – davranış reaksiyaları uşaqlardan daha çox diqqət tələb edib, nəticə etibarı ilə isə bu, simpatik sinir sistemini daha çox aktiv edib. Daha çətin tapşırıqların həllində uşaqların reaksiyası hələ ki, məlum deyil.

Buna baxmayaraq, əldə edilən nəticələr onu deməyə əsas verir ki, atda gəzinti uşaqlar üçün çox faydalı məşğuliyyətdir. Bu məşğuliyyət uşaqların yaddaşını, dərs oxuma, müxtəlif tapşırıqları həlletmə qabiliyyətlərini də gücləndirir.

XS
SM
MD
LG