Keçid linkləri

Təcili xəbərlər

Cenevrə avtosalonunun ən maraqlı avtomobilləri - VİDEO


Cenevrə Avto-şousu avtomobil dünyasında ən mühüm hadisələrdən biridir. Planetin ən böyük avtomobil istehsalçıları İsveçrənin bu sakit şəhərinə toplaşaraq özlərinin ən yeni nailiyyətlərini nümayiş etdirməyə tələsirlər. Çox zaman avtomobillər barədə məlumat son ana qədər gizli saxlanır. Artıq bu nüfuzlu tədbirin ilk günündə təqdim edilmiş ən maraqlı maşınların siyahısı dünya mətbuatında işıqlandırılıb:

Renault Alpine A110–50

​Alpine brendinin avtomobil dünyasına qayıdışı uzun çəkdi. Brendin bərpa olunacağı barədə söhbətlər altı ildir ki, gedir. 2012-ci ildə А110–50 konsepti işıq üzü görüb. Bunun ardınca fransız markası başqa avtomobil buraxmadı. Seriya istehsalına isə yalnız indi başlanılıb.

Audi RS5 Coupé

​Adi və S seriyalı "beşliyin" ardınca RS5-in ən aqressiv versiyası çıxdı. Avtomobilin 450 at gücündə olan turbo mühərrikinin həcmi 2,9 litr təşkil edir. Sürəti 0-dan 100-ə qaldırmaq 3,9 saniyə çəkir. Bu, 400 at gücünə malik RS3 hətçbəkindən daha azdır!

Citroen SpaceTourer 4X4 Ë Concept

Cenevrə avtosalonunda Citroen şirkəti özünün SpaceTourer kommersiya vəninin turist versiyasını təqdim edib. Avtomobil daha güclü işıqlara və tam ötürücülüyə malikdir.

Hyundai i30 Wagon

​Bu avtomobil özünün sələfləri ilə müqayisəyə gəlmir! Təzə i30 Wagon zahiri görkəmindəki utancaqlıq və yarımçıqlıqdan qurtulub. Bu sinifdən olan universal maşınlar arasında ən sanballısıdır.

Range Rover Velar

​Britaniyanın Jaguar Land Rover şirkəti özünün ən qlamur avtomobilini təqdim edib. Bu lüks ailə avtomobili model sırasında son dərəcə populyar olan Range Rover Evoque və Range Rover Sport arasında qərarlaşacaq. Adı çəkilən bu iki maşın arasında qiymət fərqi 36500 dollar təşkil edir. Range Rover Veların şounun ilk gününün ulduzu olduğu deyilir.

Range Rover Velar şouda ən gözəl görünən SUV tipli avtomobildir. Onun salonu gen-bol olsa da, bazarda gördüyümüz ən minimalist salonlardan biridir. Əslində bu, ən qabaqcıl salonlardan biridir. Velar minimalizmi yeni mərhələyə daşıyıb. Düymələrin çoxu toxunuşa həssas, işıqlanana qədər gizli qalan panellərlə əvəz edilib. Bu, kabinaya unikal, son dərəcə səliqəli görünüş verir.

Bu brend son on ildə bazarda yuxarıya doğru hərəkət edib. Land Rover məhsullarının hər biri "lüks" kateqoriyasında qərarlaşır.

Bu gün Cenevrədə marağa səbəb olmuş digər Britaniya şirkəti McLarendir. Onun Woking əsaslı 720S superkarının maksimal sürəti saatda 341 kilometrdir. 0-dan 100 km/saat sürətinə cəmi 2,8 saniyədə çatır. Qiyməti isə 253500 dollardır. Niyə 720? Bu, onun gücünün metrik at gücündə göstəricisidir. Beləliklə, McLarenin gücü Bentley Continental GT Supersportsun 2,7 tonluq Crewe yaxtasından 1 at gücü çoxdur.

Lexus LS

İlk dörd nəslə aid LS sedanları bir qayda olaraq S sinfinə aid Mercedes-Benzi xatırladırdısa, indi Lexus unikal, təmiz yapon tərzinə malik özünəməxsus bir avtomobildir.

Mitsubishi Eclipse Cross

Eclipse Cross əvvəlcə bu ilin sonunda Avropa bazarında peyda olacaq. Avtomobil Rusiya bazarına Yaponiyadan daxil olacaq. Onun Rusiyada yığılacağı barədə də söhbətlər gedir.

Mercedes-AMG GT Concept

​Şirkət bu barədə açıq danışmasa da, onun kuluarlarında bu avtomobilin seriya buraxılışına gələn il başlanacağı barədə söhbətlər gedir. O, E sinfinin idman versiyası olan CLS modelini əvəz edəcək. CLS-in istehsalı tezliklə dayandırılacaq.

Ferrari 812 Superfast demək olar ki, hər kəsi heyran etdi. 789 at güclü bu yeni Fezza saatda 100 kilometrlik sürəti cəmi üç saniyədə yığır. O, düz yolda saatda 340 kilometr sürətlə gedə bilir. Təəssüf ki, o, havaya hər kilometrə görə 340 qram karbon qazı buraxır. Bu isə, sahibinin ödəyəcəyi verginin həcmini artırır.

Aston Martinin ən son hiperkarının adı isə Valkyrie-dir. Aston Martinin "inqilabi" adlandırdığı bu avtomobil Red Bull Advanced Technologies-lə birkildə hazırlanıb. Buna görə də o, AM-RB 001kimi tanınır.

Ən son yazılan

XS
SM
MD
LG